Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:12

Angela Merkel Rusiyanı cəzalandırmağa çağırır


-
«Avropa Birliyi liderləri növbəti sammitdə iqtisadi sanksiyalar da daxil olmaqla Rusiyaya qarşı cəzalandırıcı ölçülər götürməlidir».

Bunu Almaniyanın kansleri Angela Merkel parlamentdə çıxış edərkən deyib.

O bildirib ki, Moskva ilə gərginlik hazırkı durumda Böyük Səkkizliyin effektiv olmadığını göstərir.

AB liderləri Brüsseldə 2 günlük açıq samit keçirəcəklər.

İyunda keçirilməsi planlaşdırılan Avropa Birliyi-Rusiya sammiti ləğv oluna bilər.

Viza qadağalarının da siyahısı uzana bilər.

Ukraynanın baş naziri Arseniy Yatsenyuk-un martın 21-də Avropa Birliyi ilə «Assosiasiya sazişi»nin bir hissəsini imzalayacağı gözlənilir.
XS
SM
MD
LG