Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:32
-
Əfqanıstanın şərqində kamikadzelərin hücumu zamanı 18 nəfər ölüb. Onlardan 10-u polis zabiti, 7-si hücumçu və 1-i mülki vətəndaşdır.

Şəhər polis rəisi də ölənlər arasındadır.

Nanqahar vilayətinin paytaxtı Cəlalabad şəhərindəki polis məntəqəsinə də hücum olub. 14 polis əməkdaşı yaralanıb.

Daxili işlər nazirinin müavini Mohammed Ayub Solangi bildirib ki, uzaqdan idarə edilən iki bomba partladılıb və bir kamikadze hücumu olub.

«Taliban»ın sözçüsü Zabihullah Mujahid bildirib ki, hücumları «Taliban» üsyançıları hazırlayıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG