Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:03

Vergilər Nazirliyi “Qanun”la bağlı rəsmi açıqlama verdi


Logo of Azerbaijani Tax Ministry

Logo of Azerbaijani Tax Ministry

-

Vergilər Nazirliyi “Media forum” saytının “Qanun” jurnalı redaksiyası və “Qanun” nəşriyyatı ilə bağlı sorğusunu cavablandırıb.

Nazirlikdən sorğuya cavab olaraq bildirilib ki, Şahbaz Xuduoğlunun “Qanun” jurnalı və “Qanun” nəşriyyatında vergi qanunvericiliyi pozulub. Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin nəşriyyatda və jurnalda apardığı səyyar yoxlama zamanı məlum olub ki, “Qanun” nəşriyyatı vergi orqanına təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil edib, küllü miqdar təşkil edən 74204,27 manat məbləğində vergini dövlət büdcəsindən yayındırıb. "Qanun” jurnalı redaksiyası isə vergi orqanına təqdim edilmiş bəyannamələrə gəlir və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil edib və xeyli miqdar təşkil edən 31238,02 manat məbləğində vergini dövlət büdcəsindən yayındırıb. Toplanmış materiallarda Cinayət Məcəlləsinin 213.1 və 213.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əlamətlərinin olması nəzərə alınaraq hər iki fakt üzrə 20 fevral 2014-cü ildə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin istintaq idarəsində cinayət işləri başlanıb və istintaq işi hazırda davam edir.

Vergilər Nazirliyi daha sonra bildirir ki, dövlət büdcəsinə vergilərin vaxtında və tam həcmdə ödənilməsi vergi ödəyicilərinin qanunla müəyyən edilmiş vəzifəsidir və bu vəzifənin düzgün icrasını təmin etmək əvəzinə ictimaiyyətin fikrini başqa istiqamətlərə yönəltmək, məsələyə hansısa rəng vermək cəhdləri əbəsdir.

"Qanun" nəşriyyatı bu ittihamlar əsasında 150 min manat cərimələnməsini ədalətsiz sayır və ittihamları rədd edir.

"Media forum"

Günün bütün mövzuları

XS
SM
MD
LG