Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:18

Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin görüşü planlaşdırılır


Maia Panjikidze
Maia Panjikidze
-
Mayın əvvəlində Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri görüşəcək.

Bunu jurnalistlərə Gürcüstanın xarici işlər naziri Maia Panjikidze bildirib:

«Bundan əvvəl üç ölkə nümayəndələrinin iqtisadiyyat nazirləri, daha sonra xarici işlər nazirləri səviyyəsində görüşləri keçirilib. İndi isə prezidentlər səviyyəsində üçtərəfli formatda görüşün təşkili haqqında qərar qəbul edilib».

Görüşün gündəliyi və dəqiq tarixi üç ölkənin dövlət və XİN başçılarının nümayəndələrinin məsləhətləşmələri zamanı müəyyən ediləcək.

Bu formatda sonuncu görüş fevralın 19-da Azərbaycanın Gəncə şəhərində keçirilib. Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri görüşüblər. Görüşdə üç ölkə arasında qarşılıqlı münasibətlər və regional əməkdaşlıq məsələləri müzakirə edilib.
XS
SM
MD
LG