Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:14
-
«Xarici siyasətimiz tam müstəqildir və xalqımızın maraqlarına söykənir».

Bunu prezident İlham Əliyev martın 19-u Novruz şənliyindəki çıxışında deyib.

Prezident hazırda Azərbaycanın xarici siyasətlə bağlı atdığı addımların beynəlxalq hüquqa və ədalətə söykəndiyini vurğulayıb:

«Azərbaycan bütün məsələlərdə prinsipial mövqe göstərir».

İlham Əliyevin fikrincə, Azərbaycanın yürütdüyü xarici siyasətin uğurunu BMT Təhlükəsizlik Şurası üzvlüyünə keçirilən seçkilər də təsdiqləyib.

Prezident qeyd edib ki, ötən 2 il ərzində Azərbaycan BMT Təhlükəsizlik Şurasında ləyaqətlə təmsil olunaraq beynəlxalq hüququ və ədaləti müdafiə edib.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan İlham Əliyev bildirib ki, münaqişə beynəlxalq hüquq və prinsiplər, ölkələrin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır.

Dövlət başçısı ölkədə və paytaxtda aparılan abadlıq işlərindən də danışıb. Hazırda Azərbaycanın 1-ci Avropa oyunlarına hazırlaşdığını xatırladıb və Azərbaycanın həmin oyunları yay olimpiya oyunları səviyyəsində keçirmək əzmində olduğunu deyib. (AzTV)

Günün bütün mövzuları

XS
SM
MD
LG