Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:14

Fransa İlqar Məmmədovun həbsini pisləyir


İlqar Məmmədov
İlqar Məmmədov
-
Martın 19-da Fransanın Xarici İşlər Nazirliyi həbs edilmiş REAL hərəkatının sədri İlqar Məmmədovla bağlı bəyanat verib.

Xarici İşlər Nazirliyi İlqar Məmmədovun 7 il azadlıqdan məhrum edilməsinə təəssüf edir:

«Bu məhkəmə prosesi zamanı müdafiənin hüquqlarına yetərincə riayət edilmədiyini əks etdirən hesabatlardan narahatlığımızı bildiririk. Azərbaycanın bu ilin may ayında Avropa Şurasının Nazirlər Komitəsinə sədirliyi ərəfəsində Fransa Azərbaycan hökümətini hüquqi prosedurlarda ədalətin müstəqilliyinə və insan haqlarına riayət etməyə çağırırıq».

Martın 17-də Şəki Ağır Cinayətlər Məhkəməsində «İsmayıllı işi» ilə bağlı hakim hökmü oxuyub.

Bu işdə ittiham olunan 18 nəfərdən 10-u 2 il yarımdan 8 ilə qədər azadlıqdan məhrum edilib.

Azadlıqdan məhrum olunanlar arasında Müsavat partiyası başqanının müavini və jurnalist Tofiq Yaqublu və REAL hərəkatının rəhbəri İlqar Məmmədov da var. Hakimin qərarı ilə İlqar Məmmədovun 7, Tofiq Yaqublu isə 5 il müddətinə azadlıqdan məhrum edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG