Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:18
-
«Sərhədsiz Reportyorlar» beynəlxalq jurnalist təşkilatı Tofiq Yaqublunun 5 il müddətinə həbs edilməsi haqqında hökmü pisləyib.

Təşkilatın bəyanatında deyilir ki, Tofiq Yaqublu 2013-cü ilin yanvarında İsmayıllıda iğtişaşlar təşkil etməkdə və onlarda iştirakda ittiham olunan digər 17 şəxslə birlikdə mühakimə olunub.

Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya ölkələri şöbəsinin rəhbəri Johann Bihr deyib ki, «Tofiq Yaqublunun mühakimə edilməsi siyasi repressiya aktıdır». Bihr deyib ki, Tofiq Yaqublu haqqında hökm ləğv edilməlidir.

Bəyanatda deyilir ki, onun həbsinin əsl səbəbi onun hökumətin ünvanına tənqidi reportajları olub.

O da deyilir ki, Azərbaycan hakimiyyəti mətbuat azadlığının səviyyəsinə görə 180 ölkə arasında 160-cı yeri tutur, Azərbaycanda jurnalistlərə və bloqqerlərə təzyiq güclənməkdə davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG