Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:48

Mirzə Cəlilin «Anamın Kitabı» Ədəbi Mükafat oldu


-
«Anamın Kitabı» Ədəbi Mükafatı Hədəf Nəşrlərinin və Kitabevim.az Kitab Mağazaları Şəbəkəsinin birgə layihəsidir.

Kitabevim.az-ın saytında müsabiqənin keçirilmə qaydaları və mükafatın təqdim olunma proseduru haqqında məlumat yerləşdirilib.

Müsabiqənin keçirilməsində məqsəd gənc qələm sahibləri arasında ədəbiyyata diqqətin artırılmasına və dövlətçilik ənənələrinə söykənən milli ruhlu teatr yazarlığının - dramaturgiyanın inkişafına, Azərbaycan mədəniyyətinə və incəsənətinə dəstək verməkdir.

Əsasnamədə vurğulanır ki, müsabiqəyə qəbul edilən əsərlərə xüsusi mövzu məhdudiyyəti qoyulmasa da, yazarlar müsabiqənin adının ifadə etdiyi mənaya, ideologiyaya xidmət etməlidir.

Təqdim edilmiş əsərlərin ideyası millətə, vətənə, ana dilinə, milli dəyərlərə xidmət etməlidir.

Mükafat ildə bir dəfə verilir. Müsabiqənin başlanması haqqında məlumat KİV vasitəsilə elan edilir.

Müsabiqəyə təqdim ediləcək əsərlər maksimum 25000 (məsafəsiz) işarədən ibarət olan dram, faciə, tragikomediya, kinossenarilər ola bilər.

Müsabiqənin dili Azərbaycan dilidir.

Müsabiqəyə son beş ildə yazılmış əsərlər təqdim edilə bilər.
Əsərlərin əvvəlki illərdə nəşr edilib-edilməməsi önəm daşımır.

Hər müəllif yalnız bir əsər təqdim edə bilər.

Müsabiqədə iştirak edəcək müəlliflərin minimal yaş həddi yoxdur, maksimal yaş həddi isə 40-dır.

Layihənin ideya müəllifi, AMEA N. Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini Şəmil Sadiq, Münsiflər Heyətinin sədri AMEA-nın vitse-prezidenti İsa Həbibbəylidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG