Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:10

Metroda ticarət köşkləri sökülən sahibkarlar etiraz aksiyasına başlayıb



Martın 19-da metroda ticarət köşkləri sökülən sahibkarlar “Neftçilər” stansiyasının yaxınlığında etiraz aksiyasına başlayıb.

Bu haqda AzadlıqRadiosuna aksiyaçılardan biri Nahidə Əliyeva məlumat verib. Aksiyaçılar mağazaların açılması üçün ödədikləri vəsaiti tələb edirlər.

“Bura 100-ə yaxın adam yığışıb. Camaat pullarını tələb edir – 1100, 1300 verən olub. Bu vəsaiti biz bu mağazaları açanda ödəmişik. İndi pullarımızı geri istəyirik. Polis adamların qarşını almaq istəyir. Ancaq biz dağılışmırıq”.

Aksiyaçıların sözlərinə görə, onlar ya Prezident Administrasiyasının qarşısına, ya da Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin binası qarşısına getməyi planlaşdırırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG