Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:55
Rusiyadakı islamçı yaraqlılara yaxın sayt Çeçen separatçılarının lideri Doku Umarovun “şəhid olduğunu” xəbər verir.

“Kavkaz Center” təfərrüata varmır. Rusiya rəsmiləri isə hələ ki xəbəri şərh etməyiblər.

Umarov uzun illərdir ki, Rusiyada terrorçu kimi axtarılır.

1964-cü ildə anadan olan, Qroznı neft akademiyasını bitirən Umarov 90-cı illərdə Çeçenistanın müstəqil dövlət olması uğrunda rus qoşunlarına qarşı vuruşub.

Onun rəhbərlik etdiyi “Qafqaz əmirliyi” qrupu Rusiyada bir sıra terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb.

Ötən ilin yayında Umarov cihadçı yaraqlıları 2014-cü ildə Soçidə keçirilməsi planlaşdırılan Qış Olimpiya Oyunlarını hədəfə almağa çağırmışdı.

İyulun 3-də yayılan video-müraciətində Umarov regiondakı bütün islamçı yaraqlılara müraciət edərək “şeyta oyunu” adlandırdığı olimpiadanın baş tutumasına imkan verməyəy çağırmışdı.

O, həmçinin Rusiyaya qarşı bütün əməliyyatlara qoyduğu moratorium aradan qaldırdığını bildirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG