Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:40

Müasir fransız yazıçısının romanı Azərbaycan dilində


-

"Qanun" nəşriyyatı müasir fransız yazıçısı Olivier Adam-ın "Qəlbİn xİlası" əsərini çap etdi.

“Uzaqdan baxanda heç nə görünmür” – bu sözlər onun qardaşı Natanın dilindən əskik olmazdı.

Çox sevdiyi qardaşının ölümündən sonra, bu günə qədər “həddən artıq mükəmməl” keçən həyatı Saranın gözündə günbəgün yadlaşmağa başlamışdı.

Sarsılmış Sara yubanmadan Yaponiyaya yola düşür və laçın qayalığın ətəyindəki kiçik bir kəndə sığınır. Onlarla digər insanlar kimi sıldırım qayalıqdan tullanıb intihar etmək istəyən Natan məhz burada, Natsüm adlı yaşlı və tənha bir kişinin himayəsində dinclik tapa bildiyini demişdi.

Artıq həyatda olmayan qardaşının gəzdiyi yerlərdə dolaşan Sara sonuncu dəfə ona yaxınlaşmağa can atırdı.

Lakin burada o, öz həyatını kəşf edir, öz macərasını yaşamalı olur. Burada o özünü tapır və qəlbini narahat edən sıxıntılardan, təlatümlərdən xilas olur.

Tərcümə Çimnaz Vəliyevanındır.

Günün bütün mövzuları

XS
SM
MD
LG