Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:57

Bir qrup vətəndaşın uşaqlarının təhsil xərclərini dövlət ödəyəcək


-
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, bu vətəndaşların Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (tibb təhsilində əsas və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı 2014/2015-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Bu ödəniş Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında aparılacaq.
Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG