Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:02

Həmsədrlər Azərbaycan və Ermənistan nazirlərinə Haaqada görüşməyi təklif edib


-
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinə Haaqada keçiriləcək növbəti nüvə sammiti çərçivəsində görüşməyi təklif edib. APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

“Həmsədrlərin təklifi var. Onlar Haaqa sammiti çərçivəsində görüş təklif ediblər, ola bilsin ki, biz orda görüşdük” - deyə E. Məmmədyarov qeyd edib.

Görüşün hansı formatda keçiriləcəyinə gəlincə, nazir ona yalnız erməni həmkarı ilə görüşün formatının məlum olduğunu deyib.

Qeyd edək ki, nüvə təhlükəsizliyi üzrə növbəti sammit martın 25-26-da Haaqada keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG