Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:53

Elmar Məmmədyarov: «Azərbaycan ərazi bütövlüyü məsələlərinə hörmətlə yanaşır»


-
«Azərbaycan Ukraynadakı münaqişənin bu ölkənin konstitusiyası çərçivəsində nizamlanmasına tərəfdardır».

APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın 16-da Krım Muxtar Respublikasında keçirilən referendumun nəticələrini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan Ukrayna ilə bağlı mövqeyini dəfələrlə ifadə edib:

«Azərbaycan ərazi bütövlüyü məsələlərinə hörmətlə yanaşır. Çünki ölkəmizin özü də təcavüzlə üzləşib və nəticədə Azərbaycan torpaqları işğal olunub».
XS
SM
MD
LG