Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:51

Gəncədə tikilməkdə olan filarmoniya binasında qəza baş verib


Azerbaijan-Ganja-building of the philarmoni
Azerbaijan-Ganja-building of the philarmoni
-
Gəncə şəhər İcra hakimiyyətinin baş memarı Əli Rüstəmli AzadlıqRadiosuna filarmoniya binasında ötən gün baş verən dağıntı ilə bağlı məlumat verib. Bildirib ki, qəza, yəni uçqun 7 mərtəbəli olacaq binanın 3-cü mərtəbəsində açıq foye hissəsində baş verib.

Əli Rüstəmli deyir ki, beton qurşağının dəmir bağlaması yaxşı bərkidilmədiyindən beton tökülən zaman hələ bərkiməmiş hissə axıb, apalovka dağılıb. Baş memar əlavə edir ki, filarmoniya binası dövlət sifarişi ilə tikilən böyük layihədir və burda hansısa keyfiyyətsizlikdən danışıla bilməz. Problem sadəcə ehtiyatsız davranmadan baş verib.

Əli Rüstəmli bilidir ki, hadisə vaxtı cəmi bir fəhlə taxta karkanın üzərinə düşməsindən yüngül xəsarət alıb.

Gəncədə 2012-ci ildə tikintisinə başlanılan filarmoniya binasının 3000 nəfər tamaşaçı tutumu olacaq. Bundan başqa 4 əlavə zal da inşa edilib. Binanın üz fasadında tanınmış şəxslərin heykəlləri yerləşdiriləcək.
Filarmoniya binası ərazisində açıq qalereya və yay kinotetarının da olması nəzərdə tutulub.
XS
SM
MD
LG