Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:22

Siyavuş Novruzov: Azərbaycanda nurçuluğun kökü ola bilməz


Parlamentin üzvü, Siyavuş Novruzov

Parlamentin üzvü, Siyavuş Novruzov

-
“AZƏRBAYCANDA NURÇULUĞUN KÖKÜ OLA BİLMƏZ”

Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov “Media forum” saytının suallarını cavablandırıb.

- Bu gün işdən azad olunmuş Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun adı bu cərəyanla sıx hallanırdı...

- Adı nə cür hallanıbsa, bunun ümumi işə aidiyyəti yoxdur. Azərbaycanda nurçuluğun kökü ola bilməz. Nurçuluq əsasən sünnilik üzərində qurulmuş dini cərəyandır. Azərbaycan əhalisinin 85 faizi şiədir. Belə götürəndə müxtəlif cərəyanlar, dini təriqətlər var ki, onlara pul, vəsait ayırırlar. Azərbaycanda bunların hansınınsa geniş miqyaslı hərəkatının olması mümkün deyil. Çünki bu təriqətlərin heç biri şiəlikdə yoxdur. Olmadığına görə də burada heç bir rolları ola bilməz. Adları hallanan şəxslər də özləri çıxıb cavab verə bilər ki, hansı cərəyana qulluq edirlər.

“BƏZİ BEYNƏLXALQ TƏŞKİLATLARLA BAĞLI MÖVQE DƏYİŞMƏLİDİR”

“İndiyə qədər “Freedom House”, “Human Rights Watch”, “Amnesty İnternational”, “Transparency İnternational” kimi təşkilatlar Azərbaycana qarşı ikili standartlardan istifadə ediblər, yalan məlumatlar əsasında hesabatlar hazırlayıblar”. “Trend”in məlumatına görə, Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə şöbəsinin müdiri Fuad Ələsgərov Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr komissiyasının ilk iclasında çıxış edərkən belə deyib.

Fuad Ələsgərov qeyd edib ki, “Freedom House”, “Human Rights Watch”, “Amnesty İnternational”, “Transparency İnternational” kimi təşkilatlarla əməkdaşlıq etmək yox, bu təşkilatların yürütdüyü ikili standartlara qarşı mübarizə aparmaq, Azərbaycanla bağlı yayılan yalan məlumatların qarşısını almaq lazımdır: “Hesab etmirəm ki, bu təşkilatlarla əməkdaşlıq uğurlu ola bilər. Zənnimcə, biz mövqeyimizi dəyişməliyik”.

DÖVLƏTÇİLİK TƏFƏKKÜRÜ ZƏİF OLANLAR...

“Azərbaycan dövləti hansı cəbhədə fəaliyyət göstərməsinə baxmayaraq, bütün jurnalistlərə hörmətlə, qayğı ilə yanaşır. Əlbəttə, Azərbaycan jurnalistini dövlətçiliyimizə, milli maraqlarımıza qarşı çevirmək cəhdləri də olur. Təəssüflər ki, Azerbaijan - chief of socio-political department of the Presidential Administration Ali Hasanov

Azerbaijan - chief of socio-political department of the Presidential Administration Ali Hasanov

dövlətçilik təfəkkürü zəif olan bəzi insanlar müəyyən müddət o cərəyanlara qoşulur, o şəbəkələrin tərkibində dövlətimizə, millətimizə qarşı kampaniyalarda iştirak edirlər. Amma bilin ki, heç zaman dövlət bu insanların cəzalandırılması haqqında düşünməyib. Bunların cəzasını ən yaxşı halda cəmiyyət, tarix verir”.

Bunu Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Xəbəri “Azərtac” yayıb. O, martın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsi qaliblərini mükafatlandırma mərasimində danışıb.

Əli Həsənovun sözlərinə görə, dövlət başçısı dəfələrlə jurnalistlərlə görüşüb və həmişə də çağırışı o olub ki, nə olursunuz olun, dövlətçilik, vətənpərvərlik hisslərinizi heç zaman unutmayın. Bizim bir Vətənimiz var, o da Azərbaycandır.

BAYRAM KASIBLARA BAHA BAŞA GƏLƏCƏK

"Yeni Müsavat" qəzeti yazır ki, Novruz süfrəsinin qiyməti 155 manat, dolayı xərclərlə birlikdə 300 manata yaxındır; qiymətlərin süni artımı kasıbların işini bir az da çətinləşdirəcək, hökumət isə qiymətlərə təsir etməkdə aciz görünür...

Novruz süfrəsinin əsas komponentlərindən olan plov 35 manata başa gələcək. Buraya yalnız düyü və yağın qiyməti deyil, həm də plovun yanında olacaq başqa ləvazimatların (kişmiş, qaysı, toyuq və mal əti və s.) dəyəri də daxildir. Evdə bişirilsə, paxlava və şəkərburaya 45 manat xərclənəcək. Ancaq Novruz süfrəsi təkcə bununla məhdudlaşmır.

Novruz süfrəsinə səməni, sumax, süd, göyərti, şam, rəngli yumurtalar, qoz, fındıq, meyvə, konfet, peçenye, su və şirələr də daxildir. “Turan”ın hesablamalarına görə, bazar qiymətləri ilə götürsək, bu qida növlərinin alınmasına 75 manata yaxın pul lazımdır. Bununla belə, 155 manat qənaətcil ailələrə güclə yetəcək. Burada proqnozlaşdırılması mümkün olmayan xərclər də var. Məsələn, papaq atma ənənəsini götürək. Atılan papaqların içinə ən azı 4-5 manat qoyulur, qonaqlıqlar isə daha 40-50 manat tələb edir.

“KİTABIMA AZƏRBAYCANDA QADAĞA QOYUBLAR”

Qahirədə yaşayan, Məşhur azərbaycanlı fotoqraf Rəna Əfəndi “Qafqazinfo”ya müsahibə verib.

Azerbaijan. Photographer Rena Efendi

Azerbaijan. Photographer Rena Efendi

Təqribən 1 ay öncə isə o, dünyanın ən nüfuzlu foto müsabiqəsi olan "World Press Photo" müsabiqəsində 2-ci və 3-cü yerlərə layiq görülüb.

- Bir zamanlar mediada belə bir məlumat yayılmışdı ki, sizin Bakıda neft mədənləri ilə bağlı hazırladığınız foto materialdan sonra Azərbaycandakı fəaliyyətinizə müəyyən əngəllər yardılıb. Bu nə dərəcədə doğrudur?

- Əslində mənim fəaliyyətimə xüsusi qadağa yoxdur, ancaq mənim "Boru xülyaları" (Pipe Dreams) adlı kitabımın yayılmasına Azərbaycanda icazə yoxdur. Hətta gömrük işçiləri bu kitabın təxminən 60 orijinal nüsxələrini müsadirə ediblər. Mən sonradan onları heç cür geri ala bilmədim.

Şərhləri göstər

XS
SM
MD
LG