Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:27

Merkel: "Məmnunam ki Avropa həmrəylik nümayiş etdirdi"


Angela Merkel
Angela Merkel
Almaniya kansleri Angela Merkel martın 17-də Berlində keçirdiyi mətbuat konfransında deyib ki, Avropa Birliyi öz qarşısına Rusiyaya sanksiya tətbiq etmək kimi məqsəd qoymamışdı. Əksinə AB həmişə Krım böhranının dinc yolla həlli yolunu tutub.

"Amma beynəlxalq qanunların pozulması şəraitində Krımda, sözdə referendum keçirilməsindən sonra biz bu addımları atmalı olduq və mən məmnunam ki, Avropa belə bir həmrəylik nümayiş etdirdi" - deyə kansler qeyd edib.

Avropa Birliyi 21 Rusiya və keçmiş Ukrayna rəsmisinə sanksiyalar qoyub. Onlar arasında taninmamış Krım Respublikasının baş naziri, spikeri, Krımdakı rus qoşunlarının komandirləri, Rusiya Dumasının deputatları da var. Bu sanksiyalara bank hesablarının dondurulması və viza qadağası daxildir.

Martın 16-da keçirilmiş referendumda, rəsmi nəticələrə görə, yerli əhalinin 90 faizdən çoxu Rusiyaya birləşməyə səs verib.

ABŞ, Avropa Birliyi referendumu rədd edib.
XS
SM
MD
LG