Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:48

Səfəvilər dövlətinin pulları haqqında kitab çıxıb


-
Milli Azərbaycan Tarixi Muzeyində yeni «Azərbaycan Səfəvilər dövlətinin məskukat (sikkə) işi» adlı kitab (Монетное дело Азербайджанского государства сефевидов) işıq üzü görüb.

Muzeyin yaydığı xəbərə görə, kitabın müəllifi Muzeyin Numizmatika fondunun müdiri, Əməkdar mədəniyyət işçisi, tarix elmləri dоktоru, prоfessоr Əli Rəcəblidir.

Kitabda Səfəvi dövlətində XVI-XVIII əsrin əvvəlinə dair olan zərbxana işi araşdırılıb.

Kitab Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda qorunub saxlanılan numizmatik materiallar əsasında tərtib olunub.

Ölkə ərazisinin müxtəlif bölgələrində tapılan sikkələr Səfəvilər dövlətinə dair kitabda öz əksini tapıb.

Nadir və maraqlı sikkələrin şəkilləri də kitaba əlavə olunub.

Kitabda eləcə də, Səfəvilər dövlətinin pul-sikkə, sikkə zərbi və dövriyyəsi haqqında geniş məlumat verilib.

Kitabın elmi redaktoru Muzeyin direktoru, akademik Nailə Vəlixanlıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG