Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:48

Jurnalistləri Müdafiə Komitəsi Tofiq Yaqublu barədə hökmü pislədi


Tofiq Yaqublu

Tofiq Yaqublu

Jurnalistləri Müdafiə Komitəsi “Yeni Müsavat” qəzetinin əməkdaşı Tofiq Yaqubluya verilən 5 illik həbs cəzasını pisləyir və Azərbaycanı qərarı ləğv etməyə çağırır.

T.Yaqublu 2013-cü ilin yanvarında İsmayıllı rayonunda baş vermiş kütləvi iğtişaşlardan sonra tutulub.

T.Yaqublunun İsmayıllı hadisələri barədə yazı hazırladığı zaman həbs edildiyini bildirən təşkilat vurğulayır ki, “Azərbaycan həbsxana kameralarının T.Yaqublu kimi jurnalistlərlə doldurulmasına son qoymalıdır”.

Qurumun nümayəndəsi Nina Ognianova deyib ki, Azərbaycan mayda Avropa Şirasının Nazirlər Şurasında rotasiya əsasında prezidentliyə sahiblənəcək. Belə bir vaxtda həbsdə 8 jurnalist saxlayan Azərbaycan öz imicinin yaxşılaşdırılması haqda düşünməli, onları azad etməlidir.

“Jurnalistləri Müdafiə Komitəsi” Amerikada yerləşən beynəlxalq qeyri-kommersiya qurumudur.

Tofiq Yaqublu REAL hərəkatının rəhbəri İlqar Məmmədovla birgə həbs edilib. Onları iğtişaşların təşkilində suçlayırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG