Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:24

Azərbaycan Krım referendumu ilə bağlı rəsmi mövqeyini hələ də açıqlamayıb


Arxiv fotosu

Arxiv fotosu

-
Son günlər Krıma dikilən baxışlar indi də Qərbə yönəlir. Rusiyaya hansı sanksiyalar tətbiq olunacaq, bu tədbirlər nə qədər kəsərli olacaq? Ukrayna böhranında gündəliyin əsas suallarından biri də budur. Krım referendumunu Rusiyadan başqa hələ ki, heç kim tanımır. Qərb və ABŞ hadisəni qəti şəkildə pisləyir. Region dövlətləri hadisəyə münasibət bildiriblər.

Özünü bölgənin ən güclü dövləti kimi təqdim etməyi sevən Azərbaycanın səsi isə demək olar ki, eşidilmir. Azərbaycanın Xarici İşlər Nazirliyi 16 mart referendumuna dair rəsmi açıqlama yaymasa da, əvvəl nazir müavini, sonra da nazir səviyyəsində Ukraynanın ərazi bütövlüyü haqda qısa bəyanatlar verdilər.

Azərbaycan ekspertlərinin bu məsələyə fikri bölünür: bir qismi hesab edir ki, Azərbaycan Krım referendumunu pilsəyərək Qərbin tərəfini tutmalı, digərləri isə hesab edir ki, Rusiyanı qəzəbləndimrəkdən çəkinmək lazımdlr.



«KİMİNSƏ ƏVƏZİNƏ VƏKİLLİK EDƏSİ DEYİLİK Kİ?»

Problemə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, partiyanın icra katibinin müavini Mübariz Qurbanlının baxışları yerli müşahidəçilərin fikrindən xeyli fərqlidir. O, AzadlıqRadiosuna deyib ki, hakimiyyət Ukrayna və Krım məsələsində mövqeyini tam açıq və birmənalı ifadə edib. Çünki Azərbaycanın özü separatçılıqdan əziyyət çəkən ölkədir:

«Ancaq indi dövlətimizin özü müəyyən çətinliklərlə üzləşdiyi bir vaxtda kiminsə əvəzinə vəkillik etmək, kiminsə mövqeyini müdafiə üçün ortaya çıxıb onun yolunda mübarizə aparası deyilik ki. Biz müstəqil dövlət olaraq, BMT-nin üzvü olaraq, BMT nizamnaməsi çərçivəsində mövqe bildirdik. Ukrayna xalqı özü öz ərazisini müdafiə üçün tədbirlər görür. Ukrayna ilə həmrəylik nümayiş etdirənlər arasında supergüclər var ki, onlar başqa mövqe ortaya qoyur.
Natiq Cəfərli

Natiq Cəfərli

Azərbaycan da müstəqil dövlət kimi öz mövqeyini bildirib. Bundan artıq nəsə deməyə heç ehtiyac qalmır. Mövqeyimiz budur».

REFERENDUM MÜQAYİSƏSİ

«Bütün dünya bizə basqı edir ki, təkcə Dağlıq Qarabağ ərazisində referenduma razılıq verək, halbuki, indi sivil dünya Ukraynanın bir vilayətində referendumun mümkünsüzlüyündən danışır. Dərhal bundan istifadə edərək, Qarabağ referendumunu danışıqlar gündəliyindən tam çıxarılmasına çalışmalıyıq» – Respublikaçı Alternativ (Real) hərəkatının icra katibi Natiq Cəfərli facebook səhifəsində belə yazıb. Onun fikrincə, Rusiya, onsuz da, Qərblə bütün iplərini qopardığından, daha ağına-bozuna baxmadan ətraf ölkələrə ciddi basqı quracaq, «ilk növbədə Azərbaycana ki bizi Gömrük İttifaqına məcbur etsin və Qərblə münaqişədə Kremlin yanında olaq».

«Region» Beynəlxalq Analitik Mərkəzin rəhbəri Razi Nurullayevin sözlərinə görə, hakimiyyət Rusiya ilə münasibətləri gərginləşdirməmək üçün daha kəskin bəyanatdan çəkinir. Türkiyə də Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat verib. Yəni Rusiyaya siyasi və iqtisadi təzyiq göstərmək imkanından məhrum olanlar oxşar xətt seçiblər. Digər tərəfdən, politoloqun fikrincə, Krımdakı referendum separatçı rejimlərə imkan verəcək ki, zor gücünə və Krım örnəyindən yararlanaraq separatçılıqla məşğul olsunlar. Razi Nurullayev

Razi Nurullayev

Beləcə, Ermənistanın da əlinə yeni bir əsas keçir:

ERMƏNİSTAN ÜÇÜN YENİ İMKAN

««Madrid prinsipləri»nə dayanaraq, Azərbaycanla Ermənistan arasında böyük razılaşmanın əldə olunması da referendum məsələsinə görə ilişib qalmışdı. Krımdakı referendum ermənilərin bu məsələdə mövqeyini daha da gücləndirdi. Onlara imkan verəcək ki, bunu bir presedent kimi digər ölkələr qarşısında qaldıra bilsinlər».

Politoloq ATƏT-in Minsk qrupunda da Rusiyanın Ermənistanı dəstəkləməyə məcbur olacağını düşünür. Yəni Ermənistan da bənzər tələbi Rusiya qarşısında qoya bilər. Beləliklə, qrupda tərəf kimi görünən Rusiyanın həmsədr ölkə kimi qalması Azərbaycanın ziyanına işləyəcək:

«Krımda belə davranan Rusiya Dağlıq Qarabağla da bağlı belə mövqe sərgiləyə bilər. Bu, Ermənistan üçün ciddi bir çağırışdır, şansdır. Bunun Dağlıq Qarabağa aid olmadığını Rusiyanın necə əsaslandıracağı qaranlıq görünür. İstənilən halda, bu referendum Qarabağ münaqişəsinin həlli yolunda geriyə addım oldu».

«ASTA YERİ, KƏMƏR DÜŞƏR BELİNDƏN»

Politoloq Hikmət Hacızadə düşünür ki, hakimiyyət Ukraynanın ərazi bütövlüyünü dəstəkləməklə, əslində, Krımdakı referendumun əleyhinə gedib: Hikmət Hacızadə

Hikmət Hacızadə


«Burada «asta yeri, kəmər düşər belindən» prinsipindən çıxış etmək lazımdır. Bu qədər danışıblar, kifayətdir. Onsuz da vəziyyət çox ağırdır. Ola bilsin ki, növbədə bizik. Nahaq yerə dəlini cırnatmaq lazım deyil. Sabah hirslənib Qarabağın da müstəqilliyini tanıya bilərlər. Onda neyləyəcəyik? Arxamızda heç kəs yoxdur. Heç Ukraynanı da dəstəkləyən yoxdur. Ona görə nəsə deyiblərsə, kifayətdir. Burada söhbət şəxsi mərdlikdən, igidlikdən getmir. Gücümüz nə qədərdirsə, qışqırığımız da o qədər olmalıdır. Vuruşub öz Qarabağımızı qaytara bilmirik, Krımı da qaytaraq yoxsa?».

Hikmət Hacızadə Azərbaycanın indiki durumunu təsvir etmək üçün Şirvanşah I İbrahimin Teymurlənglə görüşə bahalı hədiyyələr və səkkiz qulla getməsini misal çəkir. Bütün hədiyyələrdən 9 dənə olduğunu görən Teymurləng soruşur ki, «bəs doqquzuncu qul hanı?». Şirvanşah cavab verir ki, «doqquzuncu qul özüməm». Bu cavabdan xoşlanan Teymurləng Şirvan üzərinə qoşun yeritmir.

Şərhləri göstər

XS
SM
MD
LG