Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:40

BŞİH: “Martın 28-dək metrodakı bütün köşklər söküləcək”


-
Martın 17-də metronun “İnşaatçılar” və “Xalqlar Dostluğu” stansiyalarında ticarət köşklərinin sökülməsinə başlanıb. Bunu AzadlıqRadiosuna Bakı şəhər icra hakimiyyətində ticarət departamentinin rəhbəri Əlabbas Bağırov deyib.

“Nərimanov”, “Neftçilər” və “Memar Əcəmi”stansiyalarında bu iş yekunlaşmaq üzrədir. Metropolitendən bizə deyilib ki, metroda ticarətlə məşğul olan sahibkarlar 1194 nəfərdir. İki gün əvvəl 35 sahibkarın Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla görüşü oldu. Onlara “Keşlə”, “Yaşıl”, “Şərq” bazarlarında, “Günəşli” və “AMAY” ticarət mərkəzlərində satış yerləri təklif olunub”.

Əlabbas Bağırovun dediyinə görə, metrodakı bütün köşklər martın 28-ə qədər tam yığışdırılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG