Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:40

Prezident Şirvanşahlarda olub


İlham Əliyev ilə Mehriban Əliyeva Şirvanşahlar Sarayı Kompleksində
İlham Əliyev ilə Mehriban Əliyeva Şirvanşahlar Sarayı Kompleksində
-
Martın 17-də Şirvanşahlar Sarayı Kompleksində yeni yaradılmış muzey ekspozisiyasının təqdimatı olub.

AzərTAc-ın məlumatına görə, prezident İlham Əliyev ilə xanımı Mehriban Əliyeva muzey kompleksi ilə yaxından tanış olublar.

Prezidentə məlumat verilib ki, yeni ekspozisiyanın yaradılması işini yerli şirkətlə dünya muzeylərinin tərtibatı sahəsində ixtisaslaşan Avstriyanın «Arteks» şirkəti birgə həyata keçirib.

Məlumata görə, ekspozisiyada muzey eksponatları ilə yanaşı, videoproyeksiya, animasiyalı multimedia, audio və video təqdimatlardan istifadə olunub. Bundan başqa, Şirvanşahlar Sarayı Kompleksində qonaqlar multimedia bələdçilərindən də faydalana biləcəklər.

«Ipad Mini» bazasında hazırlanmış multimedia bələdçisi vasitəsilə ekspozisiyanın mövzuları ilə bağlı audio yazını Azərbaycan, ingilis, rus, alman və fransız dillərində dinləmək, müvafiq foto və video materiallarla tanış olmaq mümkün olacaq.
XS
SM
MD
LG