Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:31

Krım Rusiyaya qoşulmaqla bağlı rəsmi müraciət edib


Sergei Aksyonov
Sergei Aksyonov
Krım referendumdan sonra müstəqilliyini elan edib və Rusiyaya qoşulmaqla bağlı rəsmi müraciət edib.

Krım parlamenti bazar ertəsi bununla bağlı rəsmi bəyannamə qəbul edib.Deputatlar BMT və digər beynəlxalq təşkilatları Krımın müstəqilliyini tanımağa çağırıblar.
Amma Yeni Ukrayna hökuməti və Qərb ölkələri referendumun qanunsuz olduğunu deyirlər.

Avropa Birliyi ölkələri rusiyalı məmurların bank hesablarının dondurulması və onlara qarşı viza sanksiyası tətbiq edilməsini müzakirə edirlər.Həmçinin Birləşmiş Ştatların eyni addım atacağı gözlənilir.

Rusiya isə referendumun beynəlxalq normalara zidd olmadığını deyir.

Krım parlamentinin sədri Vladimir Konstantinov Ukraynanın yarmadadakı hərbi birləşmələrinin buraxılacağını bəyan edib.

Ukrayna parlamenti isə ehtiyatda olan 40 min qüvvənin səfərbərlik edilməsi barədə prezidentin fərmanını təsdiqləyib.
XS
SM
MD
LG