Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:54

Media Hüququ İnstitutu “Qanun”a qarşı basqıları pisləyir


-
Media Hüququ İnstitutu “Qanun” nəşriyyatının fəaliyyətini dayandırmaq təhlükəsi ilə üzləşməsindən ciddi narahatdır.

İnstitutun martın 17-də yaydığı bəyanatda Azərbaycanın ilk müstəqil nəşriyyat və mətbəələrdən biri kimi “Qanun”un dəfələrlə basqılara məruz qaldığı bildirilir.

Media Hüququ İnstitutu “Qanun”a qarşı hücumu hakimiyyətin ölkədə bütün mətbəələri nəzarət altına almaq, onları öz siyasi senzurasına tabe etdirmək, həm kitab və qəzet nəşrini, həm də sair nəşrləri öz siyasi senzurası altına almaq siyasətinin tərkib hissəsi sayır.

Nəşriyyata basqıların Azərbaycanda ifadə azadlığına ağır zərər vuracağını bildirən MHİ, hökuməti “Qanun”a qarşı vergi yoxlamaları adı altında qanunsuz basqıları təcili dayandırmağa çağırır.

2013-cü ilin noyabrında Vergilər Nazirliyinin əməkdaşları “Qanun”a məxsus sənəd və kompüterləri aparıblar. 150 min manat cərimə edilən nəşriyyata qarşı Vergilər Nazirliyi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində cinayət işi başlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG