Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:47

«Heydərovların biznes imperiyası» barədə nə məlumdur? [Video]


-


«İşdən Sonra» verilişində iqtisadçı Hafiz Babalı «Heydərovların biznes imperiyası» adlı araşdırması haqda məlumat verib.

«DÖVLƏT QULLUĞUNA KEÇƏNDƏN SONRA KƏMALƏDDİN HEYDƏROVUN BİZNESİ ÇİÇƏKLƏNDİ»

«Yazını hazırlayarkən rəsmi və qeyri-rəsmi informasiya qaynaqlarından istifadə etmişəm. Araşdırma hər hansı bir qərəz səbəbindən hazırlanmayıb. Rəsmi açıqlanan məlumatların müqayisəli təhlili göstərir ki, hazırda «Gilan» maliyyə-sənaye qrupunda 300-ə yaxın şirkət birləşir və müəssisələrdə 12 mindən çox adam çalışır. Ola bilsin ki, siyahıdakı bəzi şirkətlər, sadəcə, Kəmaləddin Heydərova yaxın şəxslərindir. Bəzi şirkətlərdə Kəmaləddin Heydərov pərdə arxasındadır. Əsas məsələ budur ki, məmurların və deputatların bizneslə məşğul olmağına qanun izn vermir. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailəsinə məxsus olduğu bildirilən və heç kəs tərəfindən inkar olunmayan «Gilan Holdinq» qrupu Azərbaycanda fəaliyyətə başladığı ilk dövrlərdə (ötən əsrin 90-cı illəri) «ortakalibrli» yerli şirkətlər səviyyəsində belə deyildi. Şirkətin parlaması Kəmaləddin Heydərovun Dövlət Gömrük Komitəsinə rəhbərlik etməyə başlamasından sonrakı dövrə təsadüf edir...».

«AZAD SAHİBKARLIQ BOĞULUR»

«Nəzərə alsaq ki, biznesin müxtəlif sektorlarında 300-ə yaxın şirkət birləşir, holdinqin dəyərini bir-neçə milyard hesab etmək olar. Oliqarxların biznesi düzgün bünövrədə qurulmayıb. Ancaq bu cür biznes dövlət büdcəsi üçün də təhlükəlidir. Azad sahibkarlıq boğulur. Azad bazar mühiti inkişaf etdirilməsə, iqtisadiyyat çökə bilər...».

Şərhləri göstər

XS
SM
MD
LG