Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:42

Azərbaycanın «Eurovision-2014» mahnısı bilindi - VİDEO


-
Azərbaycan təmsilçisi Dilarə Kazımova «Eurovision-2014» mahnı müsabiqəsində «Start a Fire» mahnısını ifa edəcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, mayın 6-da Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək birinci yarımfinalda D.Kazımova «B&W Hallerne» arenasında tamaşaçılar qarşısına məhz bu mahnı ilə çıxacaq.

Mahnısını güclü və həssas qadının etirafı kimi təsvir edən gənc və istedadlı Dilarə Kazımova deyib:

«Bu mahnı sadəcə məhəbbətdən deyil, eləcə də, mərhəmət, insanlıq, qarşılıqlı hörmət və bəzən çox qəddar olan dünyada tənha olmağın səbəbləri barədədir. Mahnının süjeti faciəvi olsa da, lakin sonunda işıqlı gələcəyə ümid var. Sanki qaranlıqda isti, zəif duyulan işıq görürsən. İndi mən, bu mahnıda yaşayıram, onu sonuncu nota qədər hiss eləmişəm və çox istərdim ki, auditoriya da onun dərin mənasını dərk eləsin».

«Start a Fire» mahnısı Yohann Kronland, Allessandr Gutxardt və Stefan Orn tərəfindən yazılıb.

Qeyd edək ki, S. Orn «Eurovision- 2011»in qalib mahnısı «Running Scared»ın müəlliflərindəndir.

Mahnıda deyilir: «Hətta ən zəif işıq belə alov yarada bilər».

Xəbəri yayan qaynağın fikrincə, ola bilər ki, bu alov Avropa dinləyiciləri arasında Azərbaycan təmsilçisinə birincilik qazandırsın.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG