Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:41
-
Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov İranın xarici işlər nazirinin müavini Ebrahim Rahimpour-un başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu haqda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidməti məlumat yayıb.

Ebrahim Rahimpour Xəzər məsələləri üzrə İranın xüsusi nümayəndəsidir.

Qonaq bildirib ki, İranın Azərbaycanla əlaqələrinin inkişafında Naxçıvan Muxtar Respublikası mühüm rol oynayır. O, həmçinin Vasif Talıbovu İrana səfərə dəvət edib. Vasif Talıbov da öz növbəsində münasibətlərin bundan sonra da dostluq müstəvisində inkişaf edəcəyinə ümid etdiyini bildirib.
XS
SM
MD
LG