Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:30

Ukrayna ziyalıları Rusiyanın bu ölkəyə müdaxiləni dayandırması ilə bağlı müraciət etdi


-
Ukrayna ziyalıları Rusiyanın elmi cəmiyyətlərinə müraciət edərək Ukraynaya müdaxiləni dayandırmaq, müharibədən qaçmaq üçün Rusiya hakimiyyətinə vətəndaş mövqeyi göstərməyə çağırıb.

250 nəfərin imzaladığı müraciətdə Ukraynanın ağır bir dövr yaşadığı vurğulanır. Qeyd edilir ki, xalq Viktor Yanukovishy rejiminə qarşı çıxdığından ölkədə siyasi dəyişikliklər baş verib və belə bir vaxtlarda, tərəfdaşların, xüsusilə də xarici və daxili sabitliyin qorunmasına dəstək və anlaşma nümayiş etdirməsinə ehtiyac var.

Ukrayna ziyalılarının müraciətində qeyd olunur ki, Avropaya inteqrasiya Ukrayna xalqının şüurlu seçimidir və bu Rusiyaya meydan oxumaq deyil.

“Krım 60 ildir Ukraynanın ayrılmaz bir hissəsidir. Ukrayna dövlətinin suverenliyi, bölünməzliyi prinsipləri beynəlxalq müqavilələrlə təsbit olunub. Beynəlxalq normaların pozulması və Ukraynaya qarşı aqressiya, Rusiya KİV-lərində hadisələrin qeyri-obyektiv verilməsi Rusiyanın özü üçün uzunmüddətli neqativ nəticələrə səbəb ola bilər” deyə ziyalıların müraciətində bildirilir.
XS
SM
MD
LG