Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:59

Metropoliten ticarət nöqtələri bir axşamın içində ləğv edilidi [Video]


-
Azərbaycan rəsmiləri metro keçidlərindəki ticarətin ləğv edilməsi haqda qərar qəbul edəndən sonra yüzlərlə adam iş və dolanışıq yerini itirdi.

Onlar etiraz aksiyaları keçirərək vəziyyəti xilas etməyə çalışdılar.

Metroda ticarət edən şəxslərin dediyinə görə, Bakı şəhər İcra Hakimiyyətinin başçısı onlara martın 27-dək vaxt vermişdi.

Bakı metropoliteninin rəsmidi də mətbuata açıqlamasında ticarət köşklərinin tədricən söküləcəyini vədini etmişdi.

Lakin artıq martın 16-da 11 metro stansiyadakı ticarət nöqtərlərinin ləğv edilməsinə başlanıb.

Metro ticarətininin ləğvi fevralın 27-də Metropolitenin sabiq rəhbəri Tağı Əhmədovun işdən çıxarılması ilə eyni vaxta təsadüf edir.

O, hələ 2010-cu ildə mətbuata bildirmişdi ki, metro keçidlərindəki ticarətdən Bakı metropoliteni hər ay 70 min manat gəli əldə edir.

Şərhləri göstər

XS
SM
MD
LG