Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:54
-

"Mən and içmişəm ki, heç kim heç bir vaxt heç bir şəraitdə məni milli qürurum, vicdanım və ləyaqətimlə şərtlənən borc və öhdəliklərimdən imtina etməyə məcbur edə bilməz.

Bu gün mən bu andı təkrar edə bilərəm və ümidvaram ki, son günlərimədək bu prinsipə sadiq qala bilmək üçün mənim kifayət qədər mənəvi qüvvəm olacaqdır”.



Vahid Qazi


MUSTAFA CƏMİLOVUN ANDI


Krımtatarların lideri Mustafa Cəmilovun Moskvada Vladimir Putinlə telefon danışığından sonra “Dojd” televiziyasına verdiyi müsahibəyə baxdım.

Müsahibə mənə onun 30 il əvvəl Daşkənddə növbəti məhkəmə proseslərindən birində dediyi son sözü xatırlatdı. Az qala hər kəlməsini əzbərlədiyim o son sözü vaxtilə tərcümə edib III Sektor jurnalında dərc eləmişdik.

Heç nə dəyişməyib, Putinlə danışanda da Mustafa aga zorun qabağında prinsip, əqidə, ləyaqət nümayiş etdirib.

Yox, kiminsə, xüsusiylə də siyasət adamının fanatiki olası yaşda deyiləm. Ən azından son 25 ildə Azərbaycanda, onun hüdudlarından kənarda baş verən xeyli sayda tarixi hadisənin şahidi, bəzən də iştirakçısı olaraq, neçə-neçə məşhur siyasətçini yaxından izləmək fürsətim olduğundan belə qənaətdəyəm. Odur ki, etiraf edirəm, bu günədək görüb tanıdığım siyasətçilərin arasında onun kimi öz həyat prinsipinə, siyasi əxlaqına, milli, eyni zamanda bəşəri dəyərlərə sadiq birinə rast gəlməmişəm.

Bizim siyasi liderlərimizin biri Qarabağın itirildiyi günlərdə Çinə bayraq sancmaqdan danışanda, o biri qurtuluş gətirdiyini deyib əslində xalqı hüquqsuz kütləyə çevirəndə o, daha real işlərlə məşğul oldu: xalqının tarixi vətənə qayıdış yollarını aradı. İnsanları vətənə qayıtmağa inandırdı, ailələrin köçməsinə yardım üçün Özbəkistan və Ukrayna rəhbərləriylə danışıqlar apardı, heç olmasa gecəqondu tikmələrinə mane olmasınlar deyə Krım rəhbərlərini dilə tutdu, xalqının problemlərini BMT, başqa beynəlxalq təşkilatlarda qaldırdı.

Minlərlə ailənin bir ölkədən başqasına köçməsinin hüquqi tərəfi bir yana, min kilometlərlə uzanan yolu qət eləməyin maddi və fiziki ağırlığını təsəvvürə gətirmək belə çətindir. Özü də vətəndə onları gül-çiçəklə qarşılamırdılar. Krımtatarların min bir əziyyətlə bir gecədə tikdikləri daxmaları buldozerin ağzına verib sökdürsə də, səhəri gün yerli hakimiyyət sökülənin yerində başqasını görürdü. O vaxt xüsusi xidmət orqanları krımtatarların evlərini uçuranlarla əlbəyaxa döyüşünü, traktorlarını yandırmasını, etiraz çıxışlarını gizli lentə alıbmışlar. Sonralar krımtatar fəalları nə cürsə o lentləri əldə eləmişdilər. Baxan hər kəsi onların sücaəti heyran qoyurdu.
Rusiya - Mustafa Jemilev (solda) Tatarstanın dövlət müşaviri Mintemir Shaimiev-lə görüşür, 12 mart 2014

Rusiya - Mustafa Jemilev (solda) Tatarstanın dövlət müşaviri Mintemir Shaimiev-lə görüşür, 12 mart 2014


Xalq beləcə tarixi vətənində özünə ev tikir, kənd, qəsəbə saldı. Tək istəkləri hökumətin yardımı yox, mane olmaması idi. Elə bu iradənin hesabına yarımadada krımtatarların sayı 0-dan 12 faizədək yüksəldi, onlar keçmiş sovet ərazisində ictimai-siyasi cəhətcə ən mütəşəkkil icmaya çevrildilər.

***

Mustafa ağayla ilk dəfə 1994-çü ilin yayında Baxçasarayda keçirilən Dünya Türk Gənclərinin Qurultayında görüşmüşəm. Onda qurultaya bir hissəsi vətənə təzəcə dönmüş krımtatarlar ev sahibliyi edirdilər. Sadəliyi, qayğıkeşliyi, xoş zarafatları tez bir zamanda onu hamının sevimlisinə çevirmişdi. Bir neçə il sonra qonaq qismində qatıldığım Krımtatar Məclisinin Qurultayında icma üzvlərinin tənqid, qınaq, iradlarına Məclis sədri kimi cavablarını dinləyəndə 15 il sovet həbs düşərgələrində yatmış bu siyasi xadimin, milli liderin yaratdığı demokratik, fikir azadlığı mühitinə, dünyagörüşünün, intellektinin, eyni zamanda səmimiliyinin geniş sərhədlərinə valeh olmuşdum.

Daha sonralar onunla Krımda, Kiyevdə də görüşlərimiz oldu. 2003-cü ildə Beynəlxalq Plüralizm Mərkəzləri Şəbəkəsinin Bakı görüşünə dəvət elədik. İlk dəfəydi Bakını görürdü, böyük həvəslə, öz vətəninə qayıdırmış kimi gəlmişdi.

***

Rusiyanın krımtatarlara tarixi münasibəti siyasi tarixlə az-çox maraqlananlara bəllidir. Krım xanlığına qarşı Rusiyanın əsrlərlə davam edən siyasəti 18 may 1944-cü ildə yerdə qalan əhalinin də sürülməsiylə nəticələndi. Vaxilə 7 milyon krımtatarın yaşadığı yerdən sonuncu 200 mini həmin məşum gecədə Özbəkistana, başqa yerlərə köçürüldü. O vaxt Mustafa ağanın bir yaşı vardı.

Bacısı Dilarə Seitvəliyeva Bakıda qonağımız idi, anama ailəsinin başına gələn məşəqqətlərdən danışanda qaçqın həyatının acısını dadan anam doluxsunmuş halda ona belə demişdi: “Sizin əzablar bizimkindən də dəhşətli imiş!”

Krımı demək olar, kəndbəkənd gəzmişəm, əvvəl çar, sonra sovet hökumətinin sildiyi krımtatar izlərini elə krımtatar dostların öz gözləriylə baxıb görmüşəm. Çox ailələrdə qonaq olub mənə doğma gələn adətləriylə maraqlanmışam. Sürgün illərinin söhbətinə Azərbaycan türkcəsinin bir ləhcəsi kimi qulaq kəsilib, mahnılarını dinləmişəm.

Bakının Xırdalan qəsəbəsindəki evini satıb Baxçasaraya qayıdan yaşlı bir qadın danışırdı: “Bizi yük vaqonlarına doldurdular, çox adam gecə köynəyindəydi, geyinməyə də macal vermədilər, günlərlə yol getdik. Balaca bacım “su” deyib zarıyırdı. Anam damarını kəsib bacımın ağzına dirədi, su bilib qanı sümürürdü uşaq. Yazıq qız elə vaqonda öldü. Hərbçilər hər stansiyada eşalonu yoxlayır, ölənləri sürüyüb yerə salırdılar. Bacımın meyitini də aldılar. Uzun illər yuxularımdan çıxmadı bacım”.

Quru yerdə yenidən yurd salan, itib batan maddi-mənəvi dəyərlərin bərpasına çalışan bir xalqın, xüsusiylə, qayıdışın ilk illərində etdiyi çabaları görmək çox duyğuluydu. Bir cavan qız qədim bir xalçanın əl boyda parçasını tapmasına elə sevinirdi ki, deyirdin bəs, xəzinə tapıb. Elə xəzinəydi o, əl boyda xalça parçası. Xalçaçı qız deyirdi ki, indi onda öz xalçaları haqda təsəvvür var, bu parçayla xalçanı tam bərpa edə biləcək.

Krımtatarların sürgündə yaratdığı folklor nümunələri xalqın acı taleyinə, tarixinə güzgü tutur. Bayatılar, mahnılar… İnternetdə “Baxçasaray aralıkları”, ”Ey Guzel Krım” kimi mahnılarını tapmaq asandı. Dinləyən nə demək istədiyimi duyacaq.

1956-cı ildə Stalin repressiyasına məruz qalan başqa xalqlar kimi krımtatarlar da bəraət aldılar, amma onların vətənə dönmək hüququ tanınmadı. Bu hüququn tanınması üçün Krımtatar Milli Hərəkatı illər uzunu mücadilə apardı, neçə-neçə insan öz həyatı bahasına bu mübarizəyə güc qatdı. 1978-ci ildə Krımda pasport rejimini pozmaqda ittiham olunan Musa Mamut kimi. Həbs etməyə gələn milislərə təslim olmamaq üçün Musa Mamut özünü yandırmışdı. Haqqın “Krım üzərində məşəl” poeması sonra yazılacaqdı.

Tarix boyu Moskvada siyasi reyimlər dəyişsə də onların krımtatarlara münasibəti dəyişməz olub. Elə indi də belədir. Bir misal çəkim. 2012-ci ildə Axtem Seitablayevin krımtatarların son deportasiyasından bəhs edən “Haytarma” filminin tam versiyası saytlarda “itib”. Yalnız bir neçə dəqiqəlik trilleri var. Bu, təsadüfdürmü? İnternetdə yüzlərlə saytdan filmi yığışdırmağa kimin gücü çatar!

***

Bu gün Rusiyanın faktiki işğal elədiyi Krımda yarımadanın statusu ilə bağlı referendum keçirilir. Ukraynanın şərq rayonlarını da separatçı dalğa bürüyüb. Avropa son onillərin ən böyük münaqişəsiylə üz-üzədir. Böyük müharibə təhlükəsi var. Baş verənlər miqyasına görə 1960-cı illərin əvvəllərində yaşanmış Karib böhranı ilə müqayisə oluna bilər.
Mustafa Jamilev

Mustafa Jamilev


Belə bir vaxtda Mustafa Cəmilovla telefon danışığından anlaşılan odur ki, Putin məşhur sovet dissidentini bazar sövdələşməsinə çəkmək istəyib. Söhbətdə Ukraynanın suverenliyinin qorunmasına təkid edən Mustafa ağaya Putinin cavabı bir etirafdı: o, çətin həyat yolu keçmiş ləyaqətli bir şəxsin məhz bu mövqedə duracağına inandığını, buna görə ona hörmət etdiyini deyib. Görünür Putin də başa düşür ki, Mustafa Cəmilov da Mahatma Qandi, Nelson Mandela kimi sıradan bir siyasi xadim deyil, tarixi missiya daşıyıcısıdır…

İndi krımtatar xalqı növbəti sınaq qarşısındadır. Beynəxalq konfliktin regional oyunçusuna, eyni zamanda bu münaqişədə girova çevrilib. Böhranın çözülməsində hamının Mustafa Cəmilova ehtiyacı var, Ukraynanın da, Avropa Birliyi, NATO, BMT, hətta Putinin də. Bütün ömrünü sülh uğrunda mübarizəyə həsr edən, iki dəfə Nobel sülh mükafatına namizəd göstərilən Mustafa ağa bu gün də öz sülh missiyasının başındadır. Bu ağır işin də öhdəsindən gələcəyinə, xalqını bu dəfə də sınaqdan çıxaracağına inanıram.

***

Yazının əvvəlində Mustafa ağanın 30 il əvvəl sovet məhkəməsində dediyi son sözü xatırlatmışdım. Onun 15 fevral 1984-cü il tarixdə söylədiyi son söz bu cümlələrlə bitirdi: “On dörd il bundan öncə Daşkənd şəhər məhkəməsində keçirilən belə bir altıgünlük prosesin sonunda son sözümü deyərkən mən and içmişəm ki, heç kim heç bir vaxt heç bir şəraitdə məni milli qürurum, vicdanım və ləyaqətimlə şərtlənən borc və öhdəliklərimdən imtina etməyə məcbur edə bilməz. Bu gün mən bu andı təkrar edə bilərəm və ümidvaram ki, son günlərimədək bu prinsipə sadiq qala bilmək üçün mənim kifayət qədər mənəvi qüvvəm olacaqdır”.

“Dojd” kanalındakı müsahibəyə baxdım və anladım ki, Putinlə danışan Mustafa Cəmilov DTK polkovnikinə həmin o andını xatırladırmış…

16 mart, 2014-cü il
Karlskrona, İsveç


P.S. Mustafa Cəmilovun 15 fevral 1984-cü ildə Daşkənd şəhər məhkəməsində söylədiyi son sözü aşağıda oxuya bilərsiniz.

Mustafa Cəmilovun 15 fevral 1984-cü ildə Daşkənd şəhər məhkəməsində söylədiyi son söz

Mustafa Cəmilov: “… Ancaq mən ümidvaram ki, tezliklə, lap tezliklə elə bir vaxt gələcək ki, vətəndaşların əksəriyyəti bu ölkədə kimin əsl cani və satqın olduğunu daha yaxşı anlayacaq” (Alqışlar)

Zalda sakitlik bərpa ediləndən sonra, hakim müttəhimə son söz verildiyini elan edir.
Mustafa Cəmilov: – Bəlkə bir neçə dəqiqəlik fasilə elan edəsiniz? Mən axı 3 saat fasiləsiz çıxış etmişəm…

Hakim: - Bizim buna vaxtımız yoxdur, hələ hökm də yazmaq lazımdır. Heç kim sizdən bu qədər uzun nitq söyləməyi xahiş etməmişdi. Son sözünüzdə isə sizə yalnız məhkəmədən nə xahiş etməyiniz qalır…

Mustafa Cəmilov: – Mən ancaq 10-15 dəqiqəlik fasilədən danışıram. Hökm sizin vaxtınızı çox almayacaq, axı onu yazmaq yox, ancaq üzünü köçürmək lazımdır. Yaxşı, fasiləsiz də keçinərik.

SON SÖZ

Bir azdan sonra altı günlük məhkəmə araşdırmasının formal nəticəsi sayılan hökm oxunacaq. Ancaq çoxlarma, əlbəttə elə mənim özümə də, yaxşı məlumdur ki, öncə hökm, sonra isə istintaq və məhkəmə adlanan bu ikipərdəli tamaşa hazırlanmışdır.

Əlbəttə, hökmün mətnində burda danışılanlar da müəyyən həddə və özünəməxsus yorumda öz əksini tapacaq. Ancaq onlar elə seçiləcəklər ki, hökmün artıq çoxdan diktə olunmuş yekun hissəsini “…təqsirkar bilinsin?”, “…məhkum olunsun!” qərarlarmı əsaslandıra bilsin. Və bütün bunlar altıncı dəfə, “sovet ictimai-dövlət quruluşuna böhtan” kimi formal ittiham üzrə isə üçüncü dəfə təkrar ediləcəkdir. Bu analoji prosseslərin hər birində və hər dəfə də uğursuz olaraq mən vəsatət qaldırmalı və tələb etməli olmuşam ki, hazırlanmasmda və ya yayılmasında ittiham edildiyim ərizə, müraciət və yaxud digər materiallardakı konkret faktlar və hadisələr araşdırılsm. Axı, əslində bu və ya digər sənədi yalnız o halda böhtan adlandırmaq olar ki, həmin sənəddə haqqmda danışılan hadisələrin və faktların doğrudan da baş vermədiyi yoxlanılıb sübuta yetirilmiş olsun. Ancaq yenə də təkrar-təkrar əmin olursan ki, siyasi məsələlərə toxunan proseslərdə digər ölçülər mövcuddur.

İnkarolunmaz həqiqət burada yalnız hakimiyyətin və ona xidmət edən informasiya və təbliğat vasitələrinin saydığı həqiqət hesab olunur. Yalnız Kremlin rəhbərləri və onların hakimiyyətlərini əsaslandırmaq və mədh etmək məqsədini həyata keçirən təbliğat mərkəzlərinin ictimai-siyasi baxışları düzgün sayılır. Əgər kimsə, onların ehkamlarma və göstərişlərinə zidd olan nəsə bir şey desə və yaxud, hətta öz qızına yazdığı məktubunda bir şey yazsa, deməli o böhtançıdır, qatı cinayətkardır, onu qazamata salmaq və yaxud həbs düşərgəsinə yollamaq lazımdır.

Nə qədər ikiüzlü olmalı və həqiqətə nə qədər sayğısız yanaşmalısan ki, məsələn, krım tatarlarmm heç bir problemi olmadığmı iddia edə və onların hüquqlarmm pozulması barədə bəyanatları sovet rəhbərlərinin müdrik siyasətinə böhtan kimi qiymətləndirə biləsən.

Vətəni, dövlətçiliyi, 100 illərlə yaratdığı milli mədəniyyəti, müqəddəs məkanları əlindən alınmış, ona qarşı işlənmiş dəhşətli cinayət nəticəsində öz tərkibinin böyük faizini itirmiş, millət kimi tam assimilyasiya və yoxolma təhlükəsiylə üz-üzə qalmış bir xalqın, sən demə, heç bir poblemi yoxmuş və onu bu hala salanlara qarşı heç bir etirazı olmamalıdır.

Krım hakimiyyət orqanlarının həyasızcasma özbaşmalığı və təhqiramiz hərəkətlərindən təngə gəlmiş Musa Mamut ümidsiz bir qərar qəbul edir — etiraz əlaməti olaraq özünü yandırır və heç olmasa yanan cismi və əzablı ölümü hesabma bu qanunsuzluqları törədənlərin vicdanmı oyatmağa çalışır. Lakin vicdan susur, qanunsuzluqların qarşısı alınmaq əvəzinə hadisə barədə geniş ictimaiyyəti məlumatlandıranlar repressiyaya məruz qalır. Burada çox suallar oldu ki, mənim yazdığım və ya axtarış zamanı məndə tapılmış məktub və sənədlərdə öz əksini tapan digər məsələlərin — psixiatriyadan sui-istifadənin, Saxarovun, Orlovun taleyinin, adventistlər üzərində prosesin, Əfqanıstan hadisələrinin və bu kimi digər problemlərin krım tatarlarının milli problemləri ilə nə əlaqəsi var.

Burada ancaq öz milli məsələsi ilə bağlı ölkənin mərkəzi hakimiyyət orqanlarma müraciət etdiyinə görə dəlixanaya salmmış krım tatar millətinin nümayəndəsi ifadə verdi, Saxarov və Orlovun krım tatarlarmm müdafiəsi ilə bağlı çıxışları çoxlarma məlumdur, kimsə hesablayıb ki, təkcə Səmərqənd vilayətindən Əfqanıstanda artıq 130-dan çox krım-tatar gənci həlak olub. Ancaq məsələ bunda deyil.
Ədalət də azadlıq kimi bölünməz məfhumdur. Digərlərinə münasibətdə ədalətin pozulduğu vaxt özün üçün ədalətə nail olub vicdanı susmağa məcbur etmək olmaz. Bu məsələdə “sən mənə-mən sənə” kimi hesablaşmalara yer yoxdur.

Orqanların hüquq müdafiə qüvvələrini parçalayıb bölmək və bir-birindən ayrı salmaq istəyi əlbəttə başadüşüləndir, çünki hər bir hərəkatm ayrılıqda axırına çıxmaq çox asandır. Ona görə də onların “biz ancaq öz məsələlərimizlə məşğul olmalıyıq, başqalarının problemlərinə qarışmamalıyıq, bununla da öz problemlərimizi daha tez həll edərik” tipli mənəviyyat dərsləri ancaq korafəhm insanlara inandırıcı görünə bilər.

İttihamnamədə deyilir ki, mən bir neçə dəfə həbs olunmuşam, ancaq özüm üçün lazımi nəticələr çıxarmamışam. Əlbəttə, bu yanlışdır. Hər bir prosesdən sonra mən lazımi nəticələr çıxarıram və ya artıq öncələr çıxardığım nəticələrə düzəlişlər edirəm. Bu gün hökm oxunacaq və mən yenə də öz həmvətənlərimdən, qohum və əqrəbamdan uzun müddət ayrı düşəcək, sonra isə həmişə olduğu kimi , təkcə mənim üçün deyil, həm də mənim ailəm üçün maksimal dərəcədə çətin olsun deyə çox-çox uzaqlara göndəriləcəyəm. Əlbəttə, mən bundan da özüm üçün lazımi nəticələr çıxaracam.

Ancaq, məsələ kimin hansı nəticəni daha lazımlı saymasmdadır. Orqanlar, əlbəttə istərdilər ki, mən nəhayət, onların gücü və qüdrəti qarşısmda daxilən sınım, düşdüyüm vəziyyətlə barışım və öz tələblərimi şəxsi maraqlarla məhdudlaşdırım. Ancaq bu olmayacaq. On dörd il bundan öncə Daşkənd şəhər məhkəməsində keçirilən belə bir altıgünlük prosesin sonunda son sözümü deyərkən mən and içmişəm ki, heç kim heç bir vaxt heç bir şəraitdə məni milli qürurum, vicdanım və ləyaqətimlə şərtlənən borc və öhdəliklərimdən imtina etməyə məcbur edə bilməz.

Bu gün mən bu andı təkrar edə bilərəm və ümidvaram ki, son günlərimədək bu prinsipə sadiq qala bilmək üçün mənim kifayət qədər mənəvi qüvvəm olacaqdır.

Ruscadan Tehran Vəliyev çevirib.
III Sektor jurnalı, 01/2003

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG