Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:31

Krım tatarlarının lideri İlham Əliyevlə görüşmək istəyir


Krım tatarlarının lideri Mustafa Cemilov deyir ki, Türkiyənin xarici işlər naziri Ahmet Davutoğlu ona İlham Əliyevlə görüşməyi məsləhət bilib. Bu haqda AzadliqRadiosuna müsahibəsində Mustafa Cemilov bildirib.

Mustafa Cemilov Türkiyə prezidenti Abdulla Gül, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək onlardan Krım tatarlarının dəstəkləmələrini istəmişdi.

“Bu günlərdə Nursultan Nazarbayevlə görüşəcəyəm. Türkiyənin xarici işlər naziri Ahmed Davudoğlu dedi İlham Əliyevlə görüşünüz də çox faydalı olar”. - deyə Cemilov bildirib.

Krımda keçirilən referendumla bağlı Cemilov Krım tatarlarının mövqeyini bir daha təsdiq edib:

“Krım tatarları referendumda iştirak etmir və nəticələrini də tanımayacaq. Çünki bu qanunsuz referendumdur”.

Son vaxtlar tatarların Krımı tərk etməsi ilə bağlı Mustafa Cemilov deyir ki, Krımdan gedənlər əsasən qadın və uşaqlardır. Onları da sayı çox deyil. Kişilər isə qalır. Krım tatarları Krım əhalisinin 14 faizini təşkil edir.

Xatırladırıq ki, Musatafa Cemilov hələ sovet dövründən Krım tatarlarının hüquqlarının müdafiəsi, Krımdan sürügün olunan həmyerlilərinin geri qaytarılması uğrunda mübarizə aparmış görkəmli sovet dissidentlərindən biridir. Ömrünün 15 ilini həbslərdə keçirən Cemilov hazırda Ukrayna parlamentinin deputatıdır. Onun nüfuzunu nəzərə alaraq prezident Putin onu Moskvaya dəvət edərək danışıqlar aparmış, lakin bir nəticə əldə edə bilməmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG