Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:40
“Asfalt örtüyünü qazıb pis günə qoydular ki, guya kanalizasiya xətti çəkəcəklər. Nə xətt çəkdilər, nə də qazdıqları yeri doldurdular, elə vəziyyətdə qoyaraq çıxıb getdilər. Deyilənə görə, pulları mənimsəyiblər, fəhlələrə pul verməyiblər, onlar da işi yarımçıq atıblar”.

Bunları AzadlıqRadiosunun “Qaynar xətt”inə Lerik sakinləri yazırlar. İddia edirlər ki, yerli məmurlar regionların inkişafı üçün ayrılmış büdcə pullarını mənimsəyir:

“Prezidentin təyin etdiyi icra başçısı hara baxır? Nə vaxta qədər belə davam edəcək?”

GÜNAŞIRI ÖLÜM

“Bu yolda günaşırı ölüm-itim var. Yol deyil, ölüm şossesidir”.

Bunu isə Masallının Boradigah kəndindən Zamin Lələşov danışır. Deyir, kəndin içərisindən yol avtoşların yarış meydançasına çevrilib:

“Maksimal sürətin 60 olduğu yolda maşınlar 100-120 sürətlə şütüyür. Kəndi iki hissəyə ayıran bu yoldan keçməyə qorxuruq. Bu yaxınlarda darısqal yolda bir-birini ötməyə çalışan iki xarici maşının sürücüləri idarəetməni itirərək yoldan çıxdılar. Maşınlardan biri yol kənarı ilə gedən iki yeniyetmənin həyatına son qoyacaqdı. Həmin yeniyetmələr hələ də bu hadisənin şokunu yaşayırlar”.

Kənd sakininin dediyinə görə, yolda sürət işarələr yoxdur. Yol kənarındakı kafelərə, mağazalara gələnlərin maşınları piyadalar üçün olan yerləri tutduğundan adamlar çox vaxt maşınların sürətlə şütüdüyü darısqal yolun ortası ilə hərəkət etməli olurlar.

Boradigah kənd nümayəndəliyindən “Qaynar xətt”ə bildirilib ki, yol kənarlarında sürət işarələrinin qoyulması üçün Dövlət Yol Polis İdarəsinə məktub göndərilib.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG