Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:08
-
Venesuela prezidenti Nikolas Маduro paytaxt Karakasın şərqindəki Altamir meydanını tutan etirazçıları dağılmağa çağırıb. Əks halda o, meydanın təhlükəsizlik qüvvələrinin köməyi ilə azad ediləcəyi ilə hədələyib.
Altamir meydanı son altı həftə ərzində ölkədə hökumət əleyhinə çıxışların mərkəzi olub. Həmin etirazlar zamanı 28 nəfər həlak olub.
Nikolas Maduro dünən hərbçilər qarşısında çıxış edərək bildirib ki, ABŞ Dövlət Departamentində və Pentaqondakı mühafizəkarlar Venesuelaya qarşı fövqəladə tədbirlər tətbiq olunmasına çağırır. Prezident deyib ki, bu tədbirlərə hətta iqtisadi sanksiyalar və qətllər də daxildir.
ABŞ bildirir ki, Venesuela prezidenti bu cür çıxışlarla əhalinin diqqətini ölkədəki siyasi və iqtisadi problrmlərdən çəkindirməyə çalışır. Necə ki, vaxtilə bunu Hugo Chavez edirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG