Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:46

BDU-nun prorektor və dekanları nazirliyə çağırılıb


Təhsil Nazirliyi
Təhsil Nazirliyi
-
Tələbə etirazları ilə əlaqədar Bakı Dövlət Universitetinin (BDU) prorektor və dekanları Təhsil Nazirliyinə çağırılıb.

Bunu jurnalistlərə nazir müavini Ceyhun Bayramov söyləyib.

Onun dediyinə görə, universitet rəhbərliyi ilə tədris proqramlarını və imtahanların keçirilməsi məsələlərini müzakirə edəcəklər.

Nazir müavini qış sessiyası dövründə universitetlərdən nazirliyin «qaynar xətt»inə korrupsiya ilə bağlı bir çox müraciətlər edildiyini deyib. Nazirlik hazırda həmin şikayətləri araşdırır.

Fevralın 20-də BDU-nun bir qrup tələbəsi universitetin həyətində aksiya keçirib. Onlar imtahanlarda yaranan akademik borclara görə 28 manat ödənilməsi tələbinə etiraz edirdilər.
XS
SM
MD
LG