Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:24

Krımda jurnalist yoxa çıxıb


Krım reallığı
Krım reallığı
Sevastopolda bir qrup silahlı adam UkrStream.TV kanalının operatoru Oleg Balabanı girov göütrüb. Həmkarları deyirlər ki, redaksiyanın tapşırığını yerinə yetrimək üçün iş başına gedən Balabanın taleyi onlara məlum deyil.

“Krım_SOS” informasiya mərkəzi daha bir şəxsin, “Avtodozor” qrupunun koordinatoru Pavel Babaryga-nın da yoxa çıxdığını bildirir.

Bundan əvvəl Krıma gedən 2 jurnalist qrupu da həbs olunmuşdu, onları sonradan azad ediblər.

Ukrayna hərbçilərinin və referendumun əleyhinə olan fəalların girov götürülməsi və döyülməsi Krimda getdikcə adi hal alır. Martın 16-da referendum keçirməyə hazırlaşan yarımadada ancaq Rusiya kanalları və separatçılarının mövqeyini ifadə edən yerli kanallar yayımlanır. Martın əvvələrində Krımın Televiziya ötürücü stansiyasına silahlı adamlar hücum edib, əməkdaşları Ukrayna və müstəqil kanallarını efirdən kəsilmsəsinə məcbur etmişdilər.

Krlm separatçılarının rəhbəri Aksyonov bunu inkar edir. Deyir jurnalistlər yalnız vəziyyəti gərginləşdirməyə cəhd göstərəndə hadisə yerindən uzaqlaşdırılırlar.
XS
SM
MD
LG