Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:02

Ukraynada separatçılarla radikalların toqquşmasında 2 nəfər ölüb


Martın 1-də də Xarkovda qarşıdurma baş vermişdi.
Martın 1-də də Xarkovda qarşıdurma baş vermişdi.

Martın 15-ə keçən gecə Ukraynanın 2-ci böyük şəhəri Xarkovda kütləvi iğtişaş baş verib. Daxili işlər nazirinin müavini Sergei Yarovoy vəziyyətin nəzarətə götürüldüyünü, bu zaman 40 nəfərin saxlandığını bildirib.

Xəbər verilir ki, marıtn 14-də axşam şəhərin Azadlıq meydanında bir qrup adam arasında münaqişə olub. Bundan sonra Rusiyaprəsət qüvvələrin Avromaydan tərəfdarlarının qərargahına basqını baş verib. Xəbərdə bildirilir “Prosvit” və “Ukrayna vətənpərvərləri” təşkilatlarının binasında barrikada quran “Sağ sektor” (Avromaydanın radikal qanadı kimi tanınan hərəkat - red.) üzvləri Rusiyapərəst fəalların hücumundan müdafiə olunarkən tərəflər odlu silah işlədib.

Daxili işlər naziri Arsen Avakov atışmada 2 nəfərin öldüyünü, 1 polis əməkdaşı da daxil olmaqla 5 nəfərin yaralandığını bildirib. Xəbər verilir ki, hər iki tərəfdən odlu silahlar müsadiər olunub. Nazir öz Facebook səhifəsində yazır ki, cənub-şərq bölgələrindəki iğtişaşları Rusiya ekstremistləri ilə sövdələşməyə gedən Ukraynanın sabiq rəhbərləri mailiyyələşdirir.

Xatırladırıq ki, bir gün əvvəl Donetsk şəhərində də oxşar iğtişaşlarda ölən və yaralananlar var idi. Bundan dərhal sonra Rusiya Ukraynanın şərq bölgələrində rusların müdafiə olunması hüququ haqda bəyanat verərək, Kiyevi bu ərazilərdə vəziyyətə nəzarəti itirməkdə ittiham edib.

Ukraynada isə əmindirlər ki, Rusiyapərəst qüvvələr təxribatlar yaratmaqla Donetsk, Luqansk və Xarkov vialyətlərində də Krım ssenarisini işə salmaq istəyirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG