Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 00:23

Repper Hüseyn Dərya vəfat edib


Hüseyn Dərya
Hüseyn Dərya
-
Yol qəzasına düşən repper Hüseyn Dərya martın 15-də 3 saylı klinik xəstəxanada vəfat edib.

Bu barədə AzadlıqRadiosuna xəstəxananın qəbul şöbəsindən məlumat verilib.

«Hüseyn Dərya bizim klinikaya martın 14-ü gecə gətirilmişdi. Bu gün vəfat etdi».

Martın 14-də Bakının Xəzər rayonunda Hüseyn Dəryanın idarə etdiyi avtomobil «KamAZ» markalı maşınla toqquşub. Qəzada ağır xəsarət alan Hüseyn Dərya Sabunçu rayonundakı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmişdi.



HÜSEYN DƏRYANIN SON ARZUSU

Reper Hüseyn Dərya xəstəxanada vəfat etməzdən əvvəl tibb bacısına son arzusunu deyib.

Lent.az-ın məlumatına görə, H.Dərya xəstəxanaya daxil olarkən ağır vəziyyətdə olsa da, özündə imiş. O, tibb bacıları və həkimlərlə də danışıb. Deyib ki, axşam saatlarında evdə bacısı ilə dalaşdığı üçün əsəbi halda evdən çıxıb və maşını yüksək sürətlə Mərdəkan qəsəbəsi istiqamətində sürüb.

Adının açıqlanmasını istəməyən tibb bacısı bildirib ki, Hüseyn Dərya son arzusu olaraq bacısı ilə danışmaq, onu görmək istəyib və onun mobil nömrəsini verib:

«Biz Hüseynin bacısına zəng vurduq. Amma o gəlmədi. Dedi ki, baxarıq».

ÖLÜM XƏBƏRİNİ GECİKDİRİBLƏR

3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinin müdiri Namiq Dəmirçiyev ANS-ə deyib ki, Hüseyn Dərya səhər saat 09:30 radələrində keçinsə də, onlar bu barədə mətbuata bir qədər gec məlumat veriblər:

«Hüseyn Dərya xəstəxanaya gətiriləndə huşu özündə olub. Lakin vəziyyəti olduqca ağır idi. Xəstədə kəllə-beyin travması, döş qəfəsinin küt travması aşkarlanmışdı. Həkimlərimizin səylərinə baxmayaraq, onun həyatını xilas etmək olmadı. Biz onun öldüyünü əvvəlcə mətbuata açıqlamadıq ki, bəlkə onu həyata qaytara bildik. Lakin bütün cəhdlərimizə baxmayaraq, bu, mümkün olmadı».

Namiq Dəmirçiyev Hüseyn Dəryanın bundan əvvəl bir neçə dəfə xəstəxanaya gətirildiyini deyir. Hər dəfə də o, qəbul etdiyi narkotik maddələrin təsirindən ölümcül hala düşübmüş. Lakin həkimlər onun həyatını xilas edə bilmişdilər.

«Bu dəfə onu xilas edə bilmədik. Onun xəsarətləri ağır idi», - deyə həkim bildirib.

Hüseyn Dəryanın qəzaya düşərkən narkotik qəbul edib-etmədiyi barədə suala isə Namiq Dəmirçiyev «bu, hələ dəqiq məlum deyil» deyə cavab verib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG