Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:45

«Ələsgərlə Səhnəbanu» dastanı


Aşıq Ələsgər
Aşıq Ələsgər
-
Mart ayı dahi sənətkarların doğulduğu aydır.

Saymaqla bitməz. Cəfər Cabbarlı, Səməd Vurğun, İsmayıl Şıxlı, Hüseynqulu Sarabski, Vaqif Mustafazadə, Rafiq Babayev və b.

Mart ayı həm də Göyçəli Aşıq Ələsgərin doğulduğu (21 mart) və dünyadan köçdüyü (7 mart) aydır.

Ustad aşığın yaradıcılığına hər zaman xüsusi diqqət ayıran AzadlıqRadiosunun «İz» proqramı bu Novruz ərəfəsi də Dədə Ələsgəri yad etməyi unutmadı.

Həm də Aşıq Ələsgəri sevgili Səhnəbanusundan ayırmaq istəmədik.

Uzun illərdir aşıqların sevə-sevə oxuduğu «Ələsgərlə Səhnəbanu» dastanını yarım saatlıq bir zamana sığdırdıq.

Qonağımız Aşıq Ələsgərin doğmaca nəvəsi-- 1925-ci ildə aşığın sağlığında doğulan İslam Ələsgərdir.

Ələsgəri ən son görən və Ələsgərin ən son gördüyü də odur.

Veriliş boyu aşıq Altay Məmmədlinin ifasında «Ələsgərlə Səhnəbanu» dastanından parçalar eşidəcəksiniz.

Beləliklə, «İz» proqramının yenilənmiş «Ələsgərlə Səhnəbanu» dastanı qarşınızdadır.

Martın 16-sı saat 23-də dillərə dastan olmuş bir qəmli sevgi tarixçəsinin izinə düşək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG