Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:57

«Təhlükə yalnız NATO qırıcıları Bakıda enəndən sonra sovuşa bilər»


Foto: Arxiv
Foto: Arxiv
-
«Bir gün Azərbaycanı da Krımdakı hadisələrin eynisi gözləyə bilər».

Bunu «Bizim yol»a müsahibəsində siyasi icmalçı Rauf Mirqədirov deyib. Onun fikrincə, «təhlükə yalnız NATO qırıcıları Bakıda yerə enəndən sonra sovuşa bilər».

Rauf Mirqədirova görə, Azərbaycan Rusiyaya doğru seçim etsə, bu halda ölkədaxili vəziyyət indikindən dəfələrlə ağır olacaq.

«MEDİANIN AQRESSİV BİR «DİNİ CƏRƏYANA» ÇEVRİLDİYİNİ GÖRÜRƏM»

«Medianın özünün ayrıca, həm də aqressiv bir «dini cərəyana» çevrildiyini görürəm».

Bunu «Ayna» qəzetindəki yazısında «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev yazıb:

«Bu proses, bilirsinizmi niyə qorxuludur? Ona görə yox ki, jurnalistikamızda ciddi professionallıq problemlərinin olduğunu bir daha nümayiş etdirir. Ona görə ki, bu gün «dini baxışlardakı» müxtəliflik bəhanə gətirilərək məmurlar və ictimai xadimlər siyasi hücumlara məruz qoyulursa, sabah istənilən fərqli düşüncəsinə görə insanları damğalamaq dəb halına düşəcək. Zatən, bu yolun yarıdan çoxunu keçmişik də...».

«FAŞİST LİDERLƏRİN NAZI İLƏ OYNAMAQ... »

«Yeni Müsavat»a görə, Pitin özünü Hitler-ə bənzədir:
Kiyevdə Putin-in şəkli
Kiyevdə Putin-in şəkli

«O, açıq şəkildə bəyan edir ki, Krım və Şərqi Ukraynadakı rusları qorumaq üçün hərbi gücdən istifadə etməkdə qərarlıdır. Bir sözlə, ötən əsrin 30-cu illərində Polşa, Çexoslovakiya və digər Avropa ölkələrindəki almanların hüququnu qorumaq naminə II cahan savaşına başlayan Hitler-in siyasətini indi də Putin davam etdirir. O zaman dünya faşist lideri durdura bilmədi. 1938-ci ildə London və Parisin Hitler-lə kompromis sənədi imzalaması dünya üçün fəlakətli oldu. İndi də dünyanı belə fəlakətə Putin sürükləyir. Odur ki, faşist liderləri vaxtında durdurmaq lazım gəlir. Onların nazı ilə oynamaq dünyaya baha başa gəlir...».

İKİLİ STANDART BEYNƏLXALQ QURUMLARA ÜMİD VƏ İNAMINI ZƏDƏLƏYİR

Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov AzərTAc-dakı yazısında beynəlxalq qurumların Ukraynadakı böhranının həllinə yönəlik addımlarından söz açır.

«Qərbin müxtəlif səviyyəli məmurlarının bəyanatlarında əsas mövzu beynəlxalq hüquq prinsiplərinin, xüsusilə dövlətin ərazi bütövlüyünün qorunmasıdır» deyən şöbə müdirinə görə, Azərbaycana yanaşmada ikili standartlara yol verilir:
Elnur Aslanov
Elnur Aslanov

«ATƏT-in vasitəçilik missiyasının 20 ildən çoxdur davam edən fəaliyyətinin nəticə verməməsinə baxmayaraq, Azərbaycan bu gün də münaqişənin sülh yolu ilə konstruktiv həllinin tərəfdarıdır və Dağlıq Qarabağın statusunun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müəyyən edilməsi istiqamətində danışıqları davam etdirmək niyyətindədir. Lakin bu da həqiqətdir ki, bir halda ərazi bütövlüyünə əsaslanaraq yekdil mövqe nümayiş etdirən, digər halda isə illərlə susan nüfuzlu beynəlxalq təşkilatların açıq-aşkar ayrı-seçkiliyi, ikili standartı Azərbaycanın beynəlxalq qurumlara ümidini və inamını zədələyir...».

235 ŞİRKƏTİ OLAN NAZİR

Contact.az saytı fövqəladə hallar naziri Kəmaləddin Heydərova bağlı olduğu iddia olunan 235 şirkət-qurumun siyahısını açıqlayıb.

«Gilan» Məhdud Məsuliyyətli Cəmiyyətlə başlayan siyahı Taekvando Federasiyası ilə bitir. Siyahıda hotellərdən tutmuş, tikinti, ərzaq mağazalarına, siqaret anbarlarına qədər müxtəlif obyektlərin adları və ünvanları göstərilir.

AZƏRBAYCANDİLLİ «VİKİPEDİYA» İLƏ BAĞLI PROQRAM HAZIRLANIR

«Azərbaycan» qəzeti Azərbaycandilli «vikipediya»nın inkişafı üçün fəaliyyət proqramının hazırlandığını yazır:

«Bu proses uğurla başa çatarsa, dünyanın ilk 10-luğuna daxil ola bilərik».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG