Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:22
-

Roddy Doyle
İrland romançısı


ROMANÇI ÜÇÜN 10 QIZIL QAYDA


1. Sevimli yazıçınızın fotosunu yazı masanızın üstünə qoymayın. Xüsusən də əgər həmin yazıçı intihar etmiş məşhurlardandırsa.

2. Özünüzə rəhminiz gəlsin. Səhifəni mümkün qədər tez doldurun. Makinada yazırsınızsa, sətirlər arasında interval ikiqat olsun, kağızda yazırsınızsa, arada bir sətri buraxmaqla yazın. Hər yeni səhifəni öz kiçik qələbəniz sayın.

3. 50-ci səhifəyə qədər belə davam edin. Sonra sakitləşin, keyfiyyət barədə düşünməyə başlayın. Amma məsuliyyət hissini itirməyin – siz iş görürsünüz.

4. Əsərə mümkün qədər tez ad qoyun. Ona sahiblik hissiniz yaransın, onu tam olaraq görə biləsiniz. Dickens yazmağa başlamamışdan qabaq artıq bilirdi ki, “Soyuq ev”in adı “Soyuq ev” olacaq. İşin qalanı asandır.

5. İnternetdə dolaşmağınız gündə bir neçə sayta baxmaqdan o yana getməsin. Əgər əsər üçün material toplamaq məqsədi daşımırsa, on-line qumarxanalara yaxın getməyin.

6. Evdə izahlı lüğətiniz olmağına olsun, amma hardasa bağçadakı anbarda, ya da soyuducunun arxasında, yəni elə yerdə ki, onu ordan çıxarmaq üçün əlləşməli olasız. Öz ağlınıza gələn sözlərin - məsələn, “at”, “qaçmaq”, “dedi” – sizə kifayət edəcəyinə inanın.

7. Sizə “gəl-gəl deyən” işləri arada bir görməyə çalışın. Məsələn, mətbəxin döşəməsini yuyun, yuyulmuş paltarları asın. Bu da bir növ əsər üçün material toplamaqdır.

8. Fikrinizi dəyişməkdən çəkinməyin. Yaxşı ideyaların axırına bəzən onlardan da yaxşı ideyalar çıxır. Bir dəfə mən “Tabur” adlı banda haqda roman yazırdım. Sonra qərara gəldim ki, bandanı “Savaşçılar” adlandırım.

9. Hələ yazıb qurtarmadığınız kitabı amazon.co.uk-də axtarmaq kimi adətlərdən uzaq olun.

10. Eybi yoxdur, kitab çıxanda üzərində yer alacaq qısa tərcümeyi-hal üçün “O həm Kabildə, həm də Tierra del Fuego-da yaşayır” kimi qeydlərə gündə bir neçə dəqiqə sərf edin, amma tez də işə köklənin.

"The Guardian"

Günün bütün mövzuları

XS
SM
MD
LG