Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:10

“Rusiyanın düşməni” olan yazıçı Ukraynaya qayıda biləcəkmi?


Viktor Suvorov
Viktor Suvorov
-

"Suvorov kimi adamlar indiki dövrdə qayıdıb öz vətənlərinə kömək edə bilərlər".


Viktor Suvorov (əsl adı Vladimir Rezun) həmin yazardır ki, 2-ci Dünya Müharibəsinin alternativ tarixini yazıb.

O, SSRİ-nin günahsız müharibə qurbanı obrazını qəbul etmir. Kitablarında yazır ki, Stalin özü də 2-ci Dünya Müharibəsinin başlanmasını istəyirdi, çünki bu ona “nasistlərdən təmizləmə” adı altında Avropanın yarısını işğal etmək imkanı verəcəkdi.

SSRİ-nin varisi olan Rusiyada bu alternativ tarixi vətənə xəyanət adlandırırlar.

Suvorov 40 ildir ki, Kremldə düşmən sayılır.

O, 1978-ci ildə Cenevrədə sovet kəşfiyyatında çalışarkən Britaniyaya qaçıb və buna görə, qiyabi olaraq ölümə məhkum edilib.

Mühacirətdə Suvorov imzasıyla yazarlığa başlayıb.

Onun atası ukraynalı, anası rusdur.

Suvorov SSRİ dağılandan sonra təkcə Rusiyada yox, Kremlin təsir dairəsində olan Ukraynada da düşmən sayılıb. Ölkəyə gəlişi qadağan edilib.

Ukraynada da onun “Vətən xaini” olması barədə məhkəmə qərarı var və o, ölkəyə gələn kimi həbs olunmalıdır.

İndi – rusiyapərəst prezident Yanukoviçin devrildiyi, Kremlin Krımda işğalçı plan reallaşdırdığı dövrdə dövlət səviyyəsində Suvorova qarşı münasibətin dəyişməsi çağırışları səslənir.

Ukraynalı millət vəkili İqor Miroşniçenko yazara qarşı qadağanın ləğvi məsələsini qaldırıb.

O deyir ki, qadağa köhnəfikirlilik əlamətidir, Suvorov kimi adamlar indiki dövrdə qayıdıb öz vətənlərinə kömək edə bilərlər.

Yazarın ahıl yaşlarında olan anası, eləcə də qardaşı Ukraynada yaşayırlar.

Onlar yazarla onilliklərdi ki, görüşməyiblər.

Millət vəkili qadağanın ləğvi ilə bağlı hüquq-mühafizə orqanlarına da rəsmi şəkildə müraciət edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG