Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:29

Kerry ilə Lavrovun 6 saatlıq danışıqları nəticə vermədi


ABŞ Dövlət katibi John Kerry deyib ki, o, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Londonda 6 saat danışıq aparıblar.

Kerry Lavrova bildirib ki, ABŞ və beynəlxalq aləm Krım referendumunun nəticəsini tanımayacaq.

Kerry-nin sözlərinə görə, Lavrov ona deyib ki, referendumun nəticələri bilinməyincə Rusiya prezidenti Putin Krım haqda qərar qəbul etməyə hazır deyil.

Kerry deyib ki, o və Lavrov yaxın günlərdə sıx əlaqə saxlamağa razılaşıblar.

Danışıqlardan sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Ukrayna barədə ABŞ-ın və Rusiyanın fikirləri ayrılır.
O bildirib ki, martın 16-da krımlıların referendumda iradəsinə Rusiya hörmət edəcək.

Lavrov mümkün sanksiyalar barədə deyib: ”Bizim tərəfdaşlar sanksiyaların əks nəticə verə biləcəyindən yaxşı xəbərdardıralr”.

Lavrov həmçinin deyib ki, “Kerry Rusiyanı heç nə ilə hədələmədi”.

Lavron onu da bildirib ki, əgər Kosovo xüsusi haldırsa. Onda Krım da xüsusi haldır.

Ag Evdə İrlandiyanın baş naziri Enda Kenny ilə mətbuat konfransında ABŞ prezidenti Barak Obama isə deyib:

"Biz ümid etməkdə davam edirik ki, diplomatik həll tapılacaq. Ancaq ABŞ və Avropa təkcə Ukraynanın suverenliyi məsələsində mesaj verməkdə bir deyil. Həm də bu suverenlik pozulsa, bunun nəticələri olacaq fikrində də birdir."

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG