Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:18

BMT Ukraynada insan haqlarının monitorinqinə başlayır


BMT Ukrayna boyu insan haqlarının monitorinqinə başlayır. BMT Baş Katibinin insan haqları üzrə köməkçisi İvan Simonovic deyir ki, monitorinq qruplarının yerləşdirilməsinin səbəbi keçən ilin noyabrından bəri Ukraynada nə baş verdiyini dəqiq öyrənməkdir.

Simonovic deyir ki, qanunun pozulmasından, insan haqları pozuntularına görə cəzasızlıqdan, cavabdehliyin olmamasından ciddi narahatlıq var.

Rusiya Ukraynaya hərbi müdaxiləsinə əsas kimi rusdilli əhalinin haqlarının pozulması haqda iddiaları göstərir.

Günün bütün mövzuları

XS
SM
MD
LG