Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:26

Metro ticarətçiləri Hacıbala Abutalıbovla görüşüb


Metro ticarətçiləri bu gün (martın 14-də) Bakı Şəhər İcra başçısı Hacıbala Abutalıbovla görüşüb.

Bu barədə AzadlıqRadiosuna şikayətçi Kifayət Abilova məlumat verib. Bildirib ki, etirazçılar 1 il onlara möhlət verilməsini istəyiblər:

“İcra başçısı bizə bildirdi ki, “Günəşli, “Şərq” və “Yaşıl” bazarlardan yer veriləcək və 3 ay icarə haqqı alınmayacaq. Biz bununla razılaşmırıq. İnsan ayağı dəyməyən yerlərdə alver etmək olar? Heç olmasa elə yer versinlər ki, normal alverimizi edib, ailəmizi dolandıraq. Biz onun təklifi ilə razılaşmadıq. Görüşü yarımçıq tərk etdi”.

Kifayət Abilova bildirib ki, bazar ertəsi yenidən BŞİH-nə gedəcəklər.

Metro ticarətçilərinə köşkləri yığışdırmaq üçün martın 27-dək vaxt verilib.

Bu qərarla razılaşmayan metro ticarətçiləri “Elmlər Akademiyası” qarşısnda iki dəfə aksiyaya cəhd ediliblər.

Bakı Mertopolitenin keçmiş rəisi Tağı Əhmədovun 2010-cu ildə AzadlıqRadiosuna verdiyi məlumata görə, metro ticarətindən hər ay 70 min manat vəsait əldə olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG