Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:24

Anar Məmmədlinin şikayəti təmin edilmədi


-
Martın 14-də Bakı Apellyasiya məhkəməsində həbsdə olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin apellyasiya şikayətinə baxılıb. Bu barədə AzadlıqRadiosuna onun vəkili Elçin Sadıqov məlumat verib.

Vəkil bildirib ki, Nəsimi rayon məhkəməsinin verdiyi qərar qüvvədə qalıb.

Bir müddət öncə baş prokurorluq A.Məmmədlinin həbsinin uzadılması barədə məhkəməyə təqdimat vermişdi. Nəsimi Rayon məhkəməsi təqdimata baxaraq A. Məmmədlinin həbsini 3 ay uzatmışdı. Anar Məmmədli həmin qərardan apellyasiya şikayəti vermişdi.

Anar Məmmədli dekabrın 17-də həbs olunub. Baş Prokurorluq A.Məmmədlinin sədri olduğu təşkilata oktyabrın 29-da cinayət işi açıb. İlkin ittiham qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq idi. Daha sonra Anar Məmmədli vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək seçki və referendum nəticələrini saxtalaşdırmada da suçlanıb. Eyni ittiham «Könüllülərin Beynəlxalq Əməkdaşlığı» İctimai Birliyinin rəhbəri Elnur Məmmədova qarşı da sürülüb.

Anar Məmmədli ittihamları rədd edir və həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir.

A.Məmmədli indiyədək ölkədə keçirilən 12 seçkinin monitorinqi, həmin seçkilər dövründə seçici fəallığı və seçicilərin məlumatlandırlması yönündə proqram və tədbirlərin, habelə material və hesabatların yazılımasında iştirak edib.

ABŞ Dövlət Departamenti Azərbaycanda oktyabrın 9-da keçirilmiş prezident seçkisi ilə bağlı bəyanatla çıxış etmiş, SMDT-nin hesabatına istinad vermişdi.

Baş Prokurorluq bildirir ki, cinayət işinin araşdırılmasına Vergilər və Maliyyə nazirliklərindən Baş Prokurorluğa daxil olmuş materiallar əsasında başlanıb.

Bir sıra beynəlxalq qurumlar Anar Məmmədlinin həbsini siyasi sayır, onu dərhal azad etməyə çağırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG