Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:24
-
AXCP Naxçıvan Muxtar Respublika şöbəsinin sədri Yaşar Bağırsoy işdən çıxarılması ilə bağlı məhkəməyə müraciət edib.

Bu haqda AzadlıqRadiosuna Yaşar Bağırsoyun özü məlumat verib. Şöbə sədrinin sözlərinə görə, onun müraciətini Babək rayon məhkəməsi araşdıracaq:

“Rayon təhsil şöbəsi, Babək Rayon Uşaq Gənclər İdman məktəbinin direktoru və həmkarlar ittifaqının protokoluna əsaslanaraq məni məşqçi-müəllimlikdən azad edib. Əsas kimi guya əmək funksiyamı yerinə yetirə bilmədiyimi göstəriblər.

Bu əmri qeyri-qanuni hesab edirəm. Çünki, mən vaxtlı-vaxtında dərslərimdə iştirak etmişəm. Babək rayon məhkəməsinə müraciət edərək bu məsələ ilə bağlı ədalətli qərar verilməsini istəmişəm”.

Yaşar Bağırsoy fevralın 22-də Babək rayon təhsil şöbəsindən işdən çıxarılması ilə bağlı məktub alıb. O, AzadlıqRadiosuna verdiyi açıqlamada işdən çıxarılmasını siyasi fəaliyyəti ilə əlaqələndirib.

Həmin vaxt Babək rayon Uşaq Gənclər İdman Məktəbinin direktoru Füzuli Salmanov isə Yaşar Bağırsoyun işdən çıxarıldığını təsdiq etsə də, bunun səbəbləri barədə danışmaq istəməmişdi. Babək rayon Təhsil İdarəsindən də suallarımızı cavablandırmayıblar.
XS
SM
MD
LG