Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:27

Londonda Kerry ilə Lavrovun Ukrayna böhranı üzrə danışıqları gedir


Londonda ABŞ Dövlət katibi John Kerry ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında Ukrayna böhranı üzrə danışıqlar başlanıb.

Danışıqlardan əvvəl Kerry deyib: “Mən müxtəlif məsələlərin və imkanların daha dərindən nəzərdən keçiriləcəyinə ümid edirəm ki, bunların sayəsində də biz qabağa necə getməyin yolunu tapa biləcəyik, aramızda olan fikir ayrılıqlarını götürə biləcəyik”.

Lavrov isə deyib: “Mən bu gün belə görüşün olmağından razıyam. Vəziyyət ağırdır, bir çox hadisə olub, çoxlu vaxt itirilib. İndi biz baxacağıq ki, nə etmək olar”.

Cümə axşamı Kerry demişdi ki, bazar günü Krımda Rusiyaya birləşmək referendumu olsa, ABŞ və Avropa Birliyi Rusiyaya qarşı ciddi addımlar atacaq.
XS
SM
MD
LG