Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:27

Martın 14-də 8 NİDA-çının işi üzrə məhkəmə prosesi davam edib



Martın 14-də 8 NİDA-çının işi üzrə məhkəmə prosesi davam edib. Əvvəlcə məhkəmədə təqsirləndirilən Bəxtiyar Quliyevin atası Səməndər Quliyev ifadə verib.

O, evlərində necə axtarış aparılmasından danışıb. Daha sonra təqsirləndirilən Rəşadət Axundov məhkəmədə sərbəst ifadə verib. O, bütün ittihamları uydurma adlandırıb:

"İrəli sürülən ittihamların hamısı absurddur. Bunların hamısı əvvəlcədən qurulmuş ssenaridir. Məmməd Əzizov həbs olunanda işgəncəyə məruz qaldığından mənə qarşı ifadə verib. Biz hamımız sifarişlə həbs olunmuşuq".

Məhkəmə martın 28-də davam edəcək.

Gənc fəallar ötən ilin martında Bakıda əsgər ölümünə yox şüarı ilə keçirilən aksiyada iştiraka görə həbs ediliblər. Onlar qanunsuz partlayıcı və narkotik maddələr saxlamaqda, habelə kütləvi iğtişaşlara hazırlaşmaqda ittiham olunurlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG