Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 01:03

“Sosial, ailə problemi olan insanlar üzərində şou yaratmaq mənəviyyatsızlıqdır”



“Biz ATV-nin Bədii Şurasının “Ümid var” verilişinin bağlanması ilə bağlı qərarını müsbət qarşılayırıq. Hesab edirik ki, ictimaiyyətin narahatlığına səbəb olan verilişin bağlanması doğru qərardır”.

Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli APA-ya bildirib. Şura sədri bildirib ki, MTRŞ belə verilişlərin Azərbaycan efirinə baş ucalığı gətirdiyi fikrində deyil:

“İnsanların, xüsusən sosial, ailə problemi olan insanların üzərində şou yaratmaq mənəviyyatsızlıqdır. Kanalın belə verilişləri bağlamasını çox normal qarşılayırıq. Arzu edirik ki, digər televiziya kanalları da bu qərardan ibrət götürsünlər”.

N. Məhərrəmli qeyd edib ki, efirdə bu tipli verilişlərə yer olmamalıdır:

“İnsanları üz-üzə qoyan, bu verilişlər nəticəsində problemlərin həll olunması yox, əksinə onların daha da pis formada davam etməsi baş verir. Lüzumsuz müzakirələr, Azərbaycanın milli-mənəvi dəyərlərinə uyğun olmayan mövzuların həddindən artıq qabardılması, bəzi aparıcıların bundan özləri üçün istifadə etməsi qəbul olunan deyil”.

“Azad Azərbaycan” MTRK-nın Bədii Şurası martın 13-də keçirilən növbəti iclasında “Ümid var” verilişinin bağlanması qərarını qəbul edilib.

Məlumatda qeyd edilir ki, digər telekanallarda da efirə gedən bu tip layihələrin efir fəaliyyətində baş qaldıran “reytinq rəqabəti” tendensiyası “Ümid var”da da mövzuların düzgün seçilməməsi, milli mənəvi dəyərlərin qorunmasında və fərdlərin hüquq və azadlıqlarının qanunvericilik çərçivəsində tənzimlənməsi işində qüsurların üzə çıxmasına səbəb olub.

Bunları nəzərə alaraq “Azad Azərbaycan” MTRK-nın Bədii Şurası 15 mart 2014-cü il tarixdən etibarən ATV telekanalında efirə gedən “Ümid var” layihəsinin dayandırılması barədə qərar çıxarıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG