Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:37

Dənizkənarı Milli Parkda Novruz bayramı münasibətilə tədbir keçiriləcək



Martın 19-da Dənizkənarı Milli Parkda Novruz bayramı münasibətilə tədbir keçiriləcək, yarmarka olacaq.

Bu barədə AzadlıqRadiosuna Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib.

Onun sözlərinə görə tədbir Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək, saat 10:00-dan gecə saatlarınadək davam edəcək.

Nazim Məcidov bildirib ki, bayram tədbirində Novruzun bütün siması nümayiş ediləcək, Azərbaycan mətbəxi təqdim olunacaq, bölgələrdən gələn musiqi və folklor kollektivləri çıxış edəcəklər.

Bayram günlərində bulvara gələn insanların sayının artacağını bildirən Nazim Məcidov qeyd edib ki, həmin zamanda idarə gücləndirilmiş iş rejimində çalışacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG